“Bonus-Malus” sistemi fərdi Sığorta Tarixçəsi Əmsalı ilə əvəz olunur - İCBARİ AVTO-SIĞORTADA DƏYİŞİKLİKLƏR
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində Qaydalara dəyişikliklər təsdiq edilib. Əvvəlki mexanizmlə oxşar olaraq, bu sığorta növü üzrə qəza törədilmədiyi halda şəxsin sığorta haqlarına 5% güzəşt tətbiq olunacaqdır. Üçüncü şəxslərin səhhətinə və əmlakına zərər vurulan zaman isə zərər vuran şəxslərin sığorta haqlarına hər zərər vurduqları hadisəyə görə 30% əlavə tətbiq olunur."Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində aparılan təkmilləşdirmə tədbirləri davam etdirilir. Bu çərçivədə sığortalıların sığorta tarixçəsi üzrə mövcud “Bonus-Malus” sisteminin beynəlxalq uğurlu təcrübəyə uyğun olaraq yenilənməsi istiqamətində Mərkəzi Bankın İdarə Heyəti tərəfindən dəyişikliklər təsdiqlənib."
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın yaydığı məlumatda bildirilir.
Məlumat üçün bildirilib ki, “Bonus-Malus” sistemi sürücülərin sığorta tarixçəsinə əsaslanaraq onların risk səviyyəsini qiymətləndirən və bu qiymətləndirməyə uyğun olaraq sığorta haqlarına güzəşt və ya əlavələrin tətbiq olunmasını nəzərdə tutan mexanizmdir.
Qeyd olunub ki, təsdiq olunmuş dəyişikliklərə əsasən, mövcud “Bonus-Malus” sistemi fərdi sığorta tarixçəsinə əsaslanan Sığorta Tarixçəsi Əmsalı ilə əvəz olunacaqdır. Əvvəlki mexanizmdə mövcud olan “Bonus-Malus” sinifləri, eləcə də qəza və ya qəzasızlıq halında bu siniflər arasında keçidlərin əvəzinə daha sadə və anlaşılan yanaşma tətbiq olunacaqdır. Belə ki, əvvəlki mexanizmlə oxşar olaraq, bu sığorta növü üzrə qəza törədilmədiyi halda şəxsin sığorta haqlarına 5% güzəşt tətbiq olunacaqdır. Üçüncü şəxslərin səhhətinə və əmlakına zərər vurulan zaman isə zərər vuran şəxslərin sığorta haqlarına hər zərər vurduqları hadisəyə görə 30% əlavə tətbiq olunur.
Bununla yanaşı, sığorta müqaviləsi bağlanan zaman nəqliyyat vasitəsini qanunvericiliyə uyğun olaraq idarə etmək hüququ olan şəxslərin sayı birdən artıq olduqda, həmin şəxslər arasında ən yüksək riskə malik şəxsin Sığorta Tarixçəsi Əmsalı tətbiq olunacaqdır. Bu yanaşmanın məqsədi üçüncü şəxslərə zərərvurma ehtimalı ən yüksək olan şəxslərə münasibətdə intizamlı yanaşmanı gücləndirməkdir.
Eyni zamanda, yeni dəyişikliklərə əsasən, qəza halında sığorta haqqına əlavələrin tətbiqi sığorta müqaviləsini bağlayan tərəfə deyil, üçüncü şəxslərə zərər vuran nəqliyyat vasitəsini idarə edən şəxsə tətbiq olunacaqdır.
Hüquqi şəxslərə Sığorta Tarixçəsi Əmsalı tətbiq olunmayacaqdır. Bununla belə, hüquqi şəxslərin nəqliyyat vasitəsini idarə edərkən üçüncü şəxslərə zərər vuran nəqliyyat vasitəsini idarə edən şəxslərin sığorta haqlarına isə əlavə tətbiq olunacaqdır. Taksi fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə Sığorta Tarixçəsi Əmsalının tətbiq olunması dəyişilməz olaraq davam etdiriləcəkdir.
Ümumilikdə, təqdim olunan dəyişikliklərin əsas məqsədi nəqliyyat vasitəsini idarə edərkən üçüncü şəxslərin səhhətinə və əmlakına zərərvurma ehtimalına əsaslanan ədalətli, həmçinin risk əsaslı yeni modelin tətbiq olunmasıdır.
Təsdiq olunmuş dəyişikliklər dərc edildiyi gündən iki ay sonra qüvvəyə minəcək.
Qedyd edək ki, Bonus-Malus sistemi – əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
10 d. əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
13 d. əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
-
24 d. əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
-
57 d. əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qızılın qiyməti ilə bağlı diqqətçəkən proqnoz: "10 min dollara yüksələcək"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir


















.jpg)



