Apple-ın baş icraçı direktoru vəzifəsini tərk edir
Apple 1 sentyabr tarixindən etibarən John Ternusun baş icraçı direktor (CEO) vəzifəsini üzərinə götürəcəyini, Tim Cookun isə idarə heyətinin sədri kimi fəaliyyətini davam etdirəcəyini açıqlayıb.ABŞ-ın "Apple" şirkəti Avadanlıq bölməsinin rəhbəri John Ternusu şirkətin yeni baş icraçı direktoru (CEO) kimi elan edib. Hazırkı baş icraçı direktor Tim Cook isə idarə heyətinin sədri vəzifəsində fəaliyyətini davam etdirəcək.
Marja.az xəbər verir ki, Şirkətin yaydığı açıqlamaya görə, Ternus 1 sentyabr tarixində baş icraçı direktor vəzifəsini icra etməyə başlayacaq.
2021-ci ildən bəri Avadanlıq bölməsinə rəhbərlik edən Ternus, Apple-da keçirdiyi 25 il ərzində məhsul inkişafı sahəsində çalışıb.
Bloomberg-ə danışan mənbənin sözlərinə görə, Ternusun rəhbərlik etdiyi avadanlıq mühəndisliyi bölməsi uzun müddətdir onun müavini olan Tom Mariebə təhvil veriləcək.
Apple, yeni idarə heyəti sədrliyi rolu çərçivəsində 65 yaşlı Cook-un dünya üzrə siyasətçilərlə münasibətləri idarə edəcəyini açıqlayıb.
Cook hazırda ABŞ Prezidenti Donald Tramp ilə Apple arasındakı münasibətləri də idarə edir. Cook-un idarə heyəti sədrliyinə keçməsi ilə birlikdə bu vəzifəni uzun müddətdir icra edən Art Levinson isə baş müstəqil direktor vəzifəsinə keçəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 21 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























