“Bu gecə bir mədəniyyət yox olacaq”
ABŞ Prezidenti Donald Tramp, İranın şərtlərini qəbul etməməsi halında bu ölkəyə hücumları şiddətləndirəcəyi ilə bağlı ultimatumunun son saatlarına yaxınlaşarkən, təhdidlərini yenidən səsləndirib.
Marja xəbər verir ki, Tramp, “Truth Social@ sosial şəbəkəsindəki hesabından etdiyi paylaşımda bildirib:
“Bu gecə bütün bir sivilizasiya (mədəniyyət) yox olacaq və bir daha heç vaxt geri qayıtmayacaq.”
Tramp paylaşımında əlavə edib:
“ABŞ Prezidenti Donald Tramp:
“Bu gecə bütöv bir sivilizasiya yox olacaq və bir daha heç vaxt geri qaytarılmayacaq. Bunun baş verməsini istəmirəm, amma böyük ehtimalla baş verəcək. Lakin indi tam və köklü rejim dəyişikliyi baş verdiyinə, fərqli, daha ağıllı və daha az radikallaşmış düşüncələr üstünlük qazandığına görə, bəlkə də inqilabi dərəcədə möhtəşəm bir şey baş verə bilər, kim bilir?
Bu gecə öyrənəcəyik — bu, dünyanın uzun və mürəkkəb tarixində ən mühüm anlardan biri olacaq.
47 illik qəsb, korrupsiya və ölüm nəhayət sona çatacaq.
Tanrı İranın böyük xalqını qorusun!”
Daha əvvəl Hörmüz boğazını 48 saat ərzində açmaması halında İranı təhdid edən ABŞ Prezidenti Trump, 5 aprel tarixli sosial media paylaşımında belə demişdi:
“Çərşənbə axşamı ABŞ Şərq Sahili vaxtı ilə saat 20:00-da (Bakı vaxtı ilə 8 aprel çərşənbə günü saat 04:00).”
ABŞ-ın vitse-prezidenti JD Vance isə Macarıstanda Baş nazir Viktor Orbana seçkilərlə bağlı dəstək səfəri zamanı bildirib ki, “İran müharibəsi çox qısa zamanda başa çata bilər.”
Vance əlavə edib: “İranın ağıllı davranacağına ümid edirik, yaxşı nəticə əldə olunmasını arzulayıram.”
Digər tərəfdən, “The Wall Street Journal@ yazır ki, ABŞ İranın Xərq Adasında 50-dən çox hərbi hədəfə zərbələr endirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
5 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
























