Tramp İrana verdiyi müddəti 8 aprelədək uzatdı
Donald Tramp bildirib ki, Tehranın razılaşma əldə etməsi üçün verilmiş 48 saatlıq müddət 8 aprel tarixinədək uzadılıb.ABŞ Prezidenti Donald Tramp sosial media hesabında etdiyi son paylaşımda İrandan Hörmüz boğazını ticarət gəmilərinin keçidi üçün açmasını tələb edərək verilən vaxtın sabahdan etibarən 8 aprelədək uzadıldığını açıqlayıb.
Marja xəbər verir ki, daha əvvəl Hörmüz boğazını 48 saat ərzində açmayacağı təqdirdə İranı hədələyən Tramp, paylaşımında “Çərşənbə axşamı (7 aprel) ABŞ-ın Şərq sahili vaxtı ilə saat 20:00-da (Bakı vaxtı ilə 8 aprel çərşənbə günü 04:00)” yazmışdı.
ABŞ Prezidenti müddətin uzadılması ilə bağlı açıqlamanı İranda qəzaya uğrayan ABŞ təyyarəsindən sağ çıxan ikinci pilotun da təhlükəsiz şəkildə xilas edilməsindən sonra verib.
ABŞ Prezidenti Tramp sosial media paylaşımında həmin hərbi əməliyyatı “ABŞ tarixində ən cəsarətli axtarış və xilasetmə əməliyyatlarından biri” kimi qiymətləndirərək ikinci pilotun da xilas edildiyini bildirib.
Döyüş təyyarəsinin vurulması
İranın elit hərbi qurumu olan İran İnqilab Keşikçiləri Korpusu 3 aprel tarixində ölkənin mərkəzi bölgələrində bir döyüş təyyarəsini hava hücumundan müdafiə sistemləri ilə vuraraq düşürdüyünü açıqlamışdı. İran mediası ABŞ-a məxsus döyüş təyyarəsinin pilotunun yaxalanaraq əsir götürülmüş ola biləcəyini yazmışdı.
ABŞ mediasına danışan rəsmilər də təyyarənin vurulduğunu təsdiqləyərək ekipaj üzvlərindən birinin xilas edildiyini, ikinci şəxs üçün isə axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini bildirmişdi.
The New York Times qəzetinin xəbərinə görə, Hörmüz boğazı yaxınlığında F‑15 döyüş təyyarəsi ilə demək olar ki, eyni vaxtda ikinci bir ABŞ döyüş təyyarəsi də vurulub. Xəbərdə təyyarənin pilotunun hadisədən sağ çıxdığı bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























