Rystad Energy: Qlobal neft hasilatı pandemiya səviyyəsindən də aşağı düşüb
Dünyada neft hasilatının həcmi İran ətrafındakı münaqişə və Hörmüz boğazının bağlanması səbəbindən COVID-19 pandemiyası dövründəki səviyyələrdən də aşağı düşüb, neft bazarları isə həssas vəziyyətə düşüb.
Marja xəbər verir ki, bu qiymətləndirmə Rystad Energy konsaltinq şirkətinin hesabatında yer alıb.
“Sözügedən amillərin cəmi nəticəsində, bizim qiymətləndirməmizə görə, hasilat həcmləri COVID-19 pandemiyası dövrünün minimum səviyyəsindən də aşağı düşüb, itkilər isə gündəlik 10 milyon barel olmaqla pik həddinə çatıb – bu isə Beynəlxalq Enerji Agentliyinin bu çatışmazlığı davamlı şəkildə kompensasiya etmək imkanlarını xeyli üstələyir”, – hesabatda qeyd olunur.
Şirkətin baş neft analitiki Paola Rodriguez-Masiunin sözlərinə görə, bazar indiyədək bəzi amillərin kombinasiyası hesabına nəzərəçarpacaq dayanıqlılıq nümayiş etdirirdi. Bunlara zərbələr başlamazdan əvvəl Fars körfəzini tərk edən tankerlərdə saxlanılan artıq neft ehtiyatları və qiymət artımını məhdudlaşdıran, müvəqqəti tampon ehtiyatlar yaradan “siyasi barellər” daxildir.
“İndi isə bu mərhələ başa çatır. Sərbəst hasilat güclərinin əhəmiyyətli hissəsi boğazdan kənarda ‘kilidləndiyi’, ehtiyatlar isə artıq azaldığı üçün sistem tampon vəziyyətdən həssas vəziyyətə keçib”, – deyə analitik bildirib.
Hesabatda qeyd olunur ki, “qlobal neft sistemi artıq üç həftə əvvəl olduğu kimi şokları udmaq qabiliyyətinə malik deyil”.
28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr İranın ən iri şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu Tehrandan qaynaqlandığı iddia edilən raket və nüvə təhdidləri ilə əsaslandırıb. İslam İnqilabı Keşikçiləri Korpusu cavab əməliyyatı həyata keçirərək İsraildəki obyektlərə zərbələr endirib. ABŞ-ın Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də hücumlara məruz qalıb. İrana endirilən zərbələr nəticəsində ali dini lider ayətullah Əli Xamenei və islam respublikasının bəzi digər əsas rəhbər şəxsləri həlak olub.
11 martda İran Silahlı Qüvvələrinin mərkəzi qərargahı olan “Xatəm əl-Ənbiya”nın nümayəndəsi bildirib ki, İran ABŞ və onun müttəfiqləri ilə əlaqəli hər hansı neft yüklərinin Hörmüz boğazından keçməsinə icazə verməyəcək. 15 martda isə Tehran tərəfi bəyan edib ki, rəqibi təslim olmağa məcbur etmək üçün bütün vasitələrdən, o cümlədən boğazda gəmilərin hərəkətinə mıhdudiyyətdən istifadə edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
3 d. əvvəl
AccessBank 2026-cı ilin 1-ci rüb üzrə maliyyə hesabatını açıqlayır
-
- 29 d. əvvəl
-
1 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
1 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
AccessBank 2026-cı ilin 1-ci rüb üzrə maliyyə hesabatını açıqlayır
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
Ən çox oxunanlar
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib






.jpg)









.jpg)







