"Prior Leasing"in xalis mənfəəti artıb
"Prior Leasing" ASC 2025-ci ilin 9 ayını (yanvar-sentyabr) 2 milyon 162 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2024-cü ilin 9 ayını 2 milyon 25 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, müqayisə olunan dövürdə "Prior Leasing"in xalis mənfəəti 137 min manat və ya 6,8% artıb.
Marja.az xəbər verir ki, 2025-ci ilin 9 ayı ərzində "Prior Leasing"in cəmi gəlirləri 42 milyon 415 min manat, cəmi xərcləri 40 milyon 253 min manat təşkil edib.
Müqayisə olunan dövrdə "Prior Leasing"in cəmi kredit portfeli 8 milyon 854 min manat və ya 24,4% artaraq 30 sentyabr 2025-ci il tarixində 45 milyon 115 min manat təşkil edib.
Ötən il "Prior Leasing"in cəmi aktivləri 100 milyon manatı keçərək 30 sentyabr 2025-ci il tarixində 108 milyon 182 min manata çatıb. Şirkət 2024-cü ilin eyni tarixində 90 milyon 771 min manata cəmi aktivlərə malik idi.
"Prior Leasing" ASC-nin audit olunmuş maliyyə hesabatına görə, Şirkət 2024-cü ili 1 milyon 178 min manat xalis mənfəət ilə bağlamışdır. (2023-cü ildə 1 milyon 20 min manat).
2025-ci ilin sonuna olan məlumata görə, "Prior Leasing" ASC-nin nizamnamə kapitalının 99,80%-i Məcidova Afaq Hüseyn qızına, 0,20 faizi İsgəndərli İlkin Məmməd oğlua məxsusdur.
Nizamnamə kapitalı 60 % artırılıb
Kənd təsərrüfatı sektorunda lider mövqeyi daha da möhkəmləndirmək və maliyyə dayanıqlılığını gücləndirmək məqsədilə bu il "Prior Leasing" ASC-nin nizamnamə kapitalı 5 milyon manatdan 8 milyon manata yüksəldilib. Beləliklə, Şirkətin nizamnamə kapitalı 60 % artırılıb.
Xəbər verdiyimiz kimi, "Prior Leasing" ASC istiqraz yerləşdirilməsi yolu ilə 1 milyon manat cəlb etməyə hazırlaşır. Lizinq şirkəti hər birinin nominal dəyəri 100 manat olan 10 min ədəd istiqraz buraxıb. İstiqrazlar üzrə illik faiz dərəcəsi 15%, tədavül müddəti 12 ay, faiz ödəniş dövrünün müddəti 30 gündən birdir. Emissiya üzrə anderrayter "Assist Finance İnvestisiya Şirkəti" ASC-dir.
Qeyd edək ki, “Prior Leasing” 2014-cü ildə təsis edilib və 2019-cu ildən aktiv fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyəti Avropa, ABŞ, Çin, Türkiyə və digər ölkələrdə fəaliyyət göstərən çoxsaylı texnika istehsalçılarının məhsullarını nağd və ya 40 % dövlət güzəşti ilə lizinqlə satışını həyata keçirməkdir. Hazırda əsas istiqaməti kənd təsərrüfatı texnikasının lizinqi olan “Prior Leasing” bu gün müştəriləri olan fərdi sahibkarlara və yerli şirkətlərə yüzlərlə kənd təsərrüfatı texnikası, suvarma sistemləri, soyuducu anbarlar, emal avadanlıqları, tikinti texnikalarını sərfəli lizinq şərtləri ilə təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
6 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
6 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























