Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda kənd təsərrüfatı sektorunun lider şirkətlərindən “Prior Leasing” ASC-nin  maliyyə dayanıqlılığını daha da gücləndirmək məqsədilə nizamnamə kapitalı artırılaraq 5 milyon manatdan 8 milyon manata yüksəldilib.

Reklam_3_11

Şirkətdən "Marja.az"a verilən məlumata görə, bu addım ”Prior Leasing”in sektordakı uzunmüddətli liderliyi ambisiyasının və davamlı, şəffaf inkişaf modelinin real maliyyə təzahürüdür. Şirkətin son illərdəki sürətli böyümə dinamikası özünü əsas əməliyyat göstəricilərində də aydın büruzə verir. Belə ki, həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində lizinq portfelində 35 %, aktiv müştəri sayında isə 20 % artım qeydə alınıb.

Kapitalın artırılması şirkətin balans strukturunun optimallaşdırılmasına və prudensial göstəricilərinin gücləndirilməsinə xidmət edərək maliyyə dayanıqlılığını əhəmiyyətli dərəcədə möhkəmləndirir. Bu qərar, həmçinin şirkətin uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq, xidmət portfelinin genişləndirilməsinə və yeni layihələrin reallaşdırılmasına zəmin yaradır. “Prior Leasing” xidmətdə əlçatanlığı yüksəltmək məqsədilə 2026-cı ilin sonuna qədər xidmət şəbəkəsini 25 % genişləndirərək satış nöqtələrinin sayını 26-ya çatdırmağı hədəfləyir.

“Prior Leasing” kənd təsərrüfatı başda olmaqla nəqliyyat-logistika, tikinti və xidmət sahələrində daha böyük və strateji əhəmiyyətli layihələri maliyyələşdirmək iqtidarındadır. Xüsusilə regionlarda fəaliyyət göstərən fermer və sahibkarların texnikalara və avadanlıqlara çıxış imkanlarının artırılması, o cümlədən müştərilər üçün daha çevik və rəqəmsal lizinq həllərinin tətbiqi şirkətin əsas prioritetlərindəndir.

Qeyd edək ki, “Prior Leasing” ASC 2014-cü ildə təsis edilib. Şirkət kənd təsərrüfatı və tikinti texnikalarının, eləcə də yeni nəsil avtomobillərin lizinqlə satışını həyata keçirir. Müasir yanaşma və müştəriyönümlü xidmət prinsiplərinə əsaslanan “Prior Leasing” təklif etdiyi İtaliya, Türkiyə, İsveç, Çin və sair ölkələrə məxsus brendlərin aqrotexnikaları ilə bu illər ərzində bazarda etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirib.

Prior Leasing ASC Prior Leasing nizamnamə kapitalı artımı 60 faiz kapital artımı 5 milyon manatdan 8 milyon manata lizinq şirkəti Azərbaycan kənd təsərrüfatı lizinqi aqrotexnika lizinqi tikinti texnikası lizinqi nəqliyyat-logistika maliyyələşdirilməsi lizinq portfeli 35 faiz artım aktiv müştəri sayı 20 faiz artım maliyyə dayanıqlılığı gücləndirilməsi balans strukturunun optimallaşdırılması prudensial göstəricilər 2026 xidmət şəbəkəsinin genişləndirilməsi 26 satış nöqtəsi hədəfi regionlarda fermerlərə texnika dəstəyi rəqəmsal lizinq həlləri Azərbaycan lizinq bazarı aqrar sektorun maliyyələşdirilməsi 2014-cü ildə təsis edilib
02.03.2026 14:14

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18