Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dağıstandakı “Ozon” marketpleysin logistika mərkəzi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin formalaşmasının bir hissəsi olacaq.

Dağıstanın sənaye və ticarət naziri Nizam Xəlilovun sözlərinə görə, bu mərkəz məhsulların tədarükü və paylanması üçün əsas vasitəyə çevrilə bilər, o cümlədən Azərbaycana ixrac imkanlarını genişləndirəcək, digər qonşu ölkələrlə iqtisadi-ticari əlaqələri gücləndirəcək.

Tübe qəsəbəsində yerləşən anbar və çeşidləmə kompleksinin birinci mərhələsinə investisiya 14 milyard rublu (183 milyon dollardan çox) keçib.

Şimali Qafqazın ən böyük marketpleys obyekti olacaq mərkəzin ikinci mərhələsinin 2026-cı ilin ikinci rübündə Kumtorkalinski rayonunda açılması planlaşdırılır. Tikinti başa çatdıqdan sonra kompleksin gücü gündə 900.000 sifarişə çatacaq.

Nizam Xəlilovun sözlərinə görə, “Tübe” sənaye parkının ikinci mərhələsi ümumi sahəsi 70.000 kvadratmetr olan dörd əlavə binanın tikintisini əhatə edir. Mərkəz eyni vaxtda 30 milyon vahidə qədər məhsul saxlaya biləcək.

İş elanları AzVak.az-da

© Azərtac

26.02.2026 17:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18