Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Dövlət borcunun idarə edilməsinə dair Strategiya” hazırlanacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Dövlət borcunun idarə edilməsinə dair Strategiya” hazırlanacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2026-2030-cu illəri əhatə edəcək “Dövlət borcunun idarə edilməsinə dair Strategiya” sənədinin hazırlanması İlə bağlı tapşırıq verilib.

Marja.az xəbər verir ki, bu barədə Fevralın 18-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində keçirilən növbəti Kollegiya iclasında bildirilib. 

Kollegiyanın sədri Sahil Babayev dövlət borcunun idarə olunması sahəsində beynəlxalq təcrübənin tətbiqinin genişləndirilməsi, 2026-2030-cu illəri əhatə edəcək “Dövlət borcunun idarə edilməsinə dair Strategiya” sənədinin hazırlanması və  Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq bir sıra hüquqi institusional çərçivələrin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib. 

Qeyd edək ki, 1 yanvar 2026-cı il tarixinə Azərbaycan Respublikasının dövlət borcunun ümumi məbləği 25 milyard 987,5 milyon manat təşkil edərək ÜDM-in 20,1 faizinə bərabər olub və ilin əvvəli ilə müqayisədə 5,1 faiz və ya 1 milyard 392,7 milyon manat azalıb. Dövlət borcunun 31,5 faizi xarici, 68,5 faizi isə daxili borcun payına düşür. Dövlət zəmanətli borcların həcmi də azalaraq 10 milyard 368,4 milyon manat və ya ÜDM-in 8,0 faizi səviyyəsində qərarlaşıb.  Ötən il ərzində beynəlxalq maliyyə institutları ilə təqribən 235 milyon ABŞ dolları ekvivalentində yeni kredit sazişləri təsdiqlənib. 

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət borcunun idarə edilməsi strategiyası 2026-2030 dövlət borcu planı Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi Kollegiya iclası Sahil Babayev dövlət borcunun azaldılması ÜDM-ə nisbət xarici dövlət borcu daxili dövlət borcu dövlət zəmanətli borclar beynəlxalq maliyyə institutları yeni kredit sazişləri fiskal dayanıqlılıq borc portfelinin optimallaşdırılması hüquqi və institusional islahatlar makroiqtisadi sabitlik Azərbaycanın dövlət maliyyəsi
19.02.2026 09:15

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18