Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kənd Təsərrüfatı Nazirliyində “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.

Nazir Məcnun Məmmədovun sədrliyi ilə keçirilən müşavirədə Nazirlik Aparatının məsul şəxsləri, tabeli qurumların rəhbərləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları iştirak ediblər.

Reklam_3_11

Müşavirəni giriş sözü ilə açan nazir Məcnun Məmmədov bildirib ki, 2025-ci il aqrar sahə üçün məsuliyyətli və intensiv fəaliyyət dövrü olub. Dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, subsidiya siyasətinin daha ünvanlı və şəffaf tətbiqi, fermerlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, həmçinin rəqəmsallaşma istiqamətində atılan addımlar sahənin dayanıqlı inkişafına mühüm töhfə verib. 2025-ci ildə ölkədə 129 milyard manat həcmində ümumi daxili məhsul istehsal olunub ki, bunun 5,9 faizi kənd təsərrüfatının payına düşür. Kənd təsərrüfatı qeyri neft-qaz sektoru üzrə ixrac edilən məhsullar arasında birinci pillədə olmaqla, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində və valyuta daxilolmalarının formalaşmasında mühüm strateji rol oynayır.

Azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyətlərinin dayanıqlı inkişaf prinsipləri əsasında qurulmasının Nazirliyin əsas prioritetlərindən biri olduğunu xatırladan nazir ötən il bağçılıq və heyvandarlıq istiqamətləri üzrə Xocalı, Xocavənd və Laçın rayonlarında ümumilikdə 6 876 hektar torpaq sahəsinin sahibkarların istifadəsinə verilməsi üçün müsabiqəyə çıxarıldığını deyib. Müsabiqə nəticəsində icarə əsaslı torpaq əldə etmiş sahibkarlara müvafiq subsidiyalarla göstərilən dəstək sistemli şəkildə davam etdirilir.

2026-cı ildə Nazirliyin qarşısında daha məsul vəzifələrin dayandığını vurğulayan nazir Məcnun Məmmədov istehsalın səmərəliliyinin artırılması, resurslardan rasional istifadə, monitorinq və nəzarət mexanizmlərinin gücləndirilməsi, fermer məmnunluğunun yüksəldilməsi və ixrac potensialının genişləndirilməsinin əsas istiqamətlər kimi müəyyən edilməli olduğunu bildirib. 2026-cı ildə kənd təsərrüfatı sahəsində rəqəmsal transformasiyanın sürətləndirilməsi, məlumat əsaslı qərarvermə mexanizmlərinin təkmilləşdirilməsi və süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsi də əsas vəzifələrdən olacaq.

Daha sonra nazir müavini Seymur Səfərli “Bitkiçilik sahəsinin inkişafı”, nazir müavini İlhamə Qədimova “Subsidiya mexanizmlərinin tətbiqi və monitorinq nəticələri”, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev “Heyvandarlıqda epizootik sabitliyin təmin edilməsi və bitki mühafizəsi tədbirlərinin icra vəziyyəti” mövzularında ötən il görülmüş işlər və 2026-cı ildə qarşıda duran vəzifələr barədə müşavirə iştirakçılarını məlumatlandırıblar.

Çıxışlardan sonra aqrar sahənin aktual məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müşavirənin yekununda nazir Məcnun Məmmədov aqrar istehsalın artırılması, institusional təkmilləşmə və digər məsələlərlə bağlı fikirlərini bölüşüb, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərlərinə yerlərdə fermer və vətəndaş yönümlü işi artırmağı, onların üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi, aqrar sahənin inkişafı ilə bağlı təkliflər, layihələr və təşəbbüslər irəli sürməyi tapşırıb. 2025-ci ildə bir çox məhsullar üzrə yüksək məhsuldarlıq əldə olunduğunu xatırladan nazir 2026-cı ildə də bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

13.02.2026 16:56

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18