Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Tibbi avadanlıqlar üzrə qlobal şirkət Azərbaycanda rəsmi distribütor təyin etdi - Saziş Dubayda imzalandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tibbi avadanlıqlar üzrə qlobal şirkət Azərbaycanda rəsmi distribütor təyin etdi - Saziş Dubayda imzalandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dubayda keçirilən "World Healthcare Expo 2026" sərgisi çərçivəsində tibbi avadanlıqlar və rəqəmsal səhiyyə həlləri sahəsində qlobal liderlərdən biri olan "GE Healthcare" ilə “Sarda Pulsar Azerbaijan” MMC arasında uzunmüddətli strateji distribütorluq müqaviləsi imzalanıb.

Marja.az xəbər verir ki, müqaviləyə əsasən, “Sarda Pulsar Azerbaijan” MMC Azərbaycan Respublikasında "GE Healthcare"in tibbi avadanlıqlar portfelinin rəsmi distribütoru təyin edilib.

Saziş “Sarda Pulsar Azerbaijan” MMC-nin sahibi Rauf Xəlilov və "GE Healthcare"in Avrasiya və Afrika İnkişaf Bazarları (EAGM) üzrə Zona Prezidenti Kostas Deligiannis tərəfindən imzalanıb.

Uzunmüddətli strateji tərəfdaş qismində “Sarda Pulsar Azerbaijan” MMC satış, satışdan sonrakı hərtərəfli servis və yerli texniki dəstəyin göstərilməsinə qədər bütün işləri həyata keçirəcək.

Qeyd olunur ki, bu əməkdaşlıq GE Healthcare-in Azərbaycandakı mövqeyinin möhkəmləndirilməsi və ölkə üzrə səhiyyə müəssisələrinin innovativ diaqnostik və terapevtik həllərlə təmin edilməsi baxımından mühüm mərhələdir.

"GE Healthcare" tibbi görüntüləmə, pasiyent monitorinqi, farmasevtik diaqnostika və səhiyyə İT həlləri sahəsində fəaliyyət göstərən aparıcı qlobal şirkətdir. GE şirkətinin törəmə qurumu olan "GE Healthcare" 160-dan çox ölkədə fəaliyyət göstərir.

11.02.2026 19:01

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18