Azərbaycanda “Broadband Mapping” və “E-Connection” platformaları istifadəyə veriləcək
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ölkənin internet xidmətləri bazarında rəqəmsal transformasiyanın növbəti mərhələsinə start verir.
Agentlik tərəfindən hazırlanan “Broadband Mapping” (Genişzolaqlı İnternet Xəritələmə) və “E-Connection” (Elektron Qoşulma) xidmətləri istifadəçilərə internet provayderlərini vahid platforma üzərindən seçmək, müqayisə etmək və birbaşa qoşulma müraciəti göndərmək imkanı yaradacaq.
Layihənin təqdimatı məqsədilə telekommunikasiya operatorları və provayderləri ilə görüş keçirilib. İKTA-nın İdarə Heyətinin sədr müavini Ceyhun Hüseynzadə çıxışında bu təşəbbüsün bazarın ekosisteminə köklü təsir göstərəcəyini vurğulayıb.
“Broadband Mapping” platforması vasitəsilə vətəndaşlar və biznes subyektləri ünvanları üzrə real xidmət göstərən provayderləri interaktiv xəritə üzərindən müəyyən edə biləcəklər. Onu tamamlayan “E-Connection” xidməti isə aşağıdakı üstünlükləri təqdim edir:
Şəffaf müqayisə: müxtəlif provayderlərin tarif paketlərini və texniki göstəricilərini bir məkanda müqayisə etmək;
Birbaşa müraciət: seçilmiş provayderə saniyələr ərzində elektron sorğu göndərmək;
İzləmə mexanizmi: müraciətin qəbulundan xidmətin aktivləşməsinə qədər olan bütün prosesi şəxsi kabinet vasitəsilə izləmək;
Təhlükəsizlik: vətəndaşlar üçün rəqəmsal giriş, operatorlar üçün isə gücləndirilmiş elektron imza vasitəsilə tam hüquqi etibarlılıq.
İKTA-nın tətbiq etdiyi bu model ABŞ-nin Federal Kommunikasiya Komissiyası (FCC) və Avropa İttifaqının BEREC strukturunun qabaqcıl təcrübələrinə əsaslanır. Eyni zamanda bu platforma Dünya Bankının “B-READY” hesabatı çərçivəsində qiymətləndirilən “məlumatlı seçim” və “şəffaf bazar” meyarlarına cavab verir.
Layihəyə qoşulmuş operatorlar heç bir əlavə xərc çəkmədən dövlət platformasında tanıtım üstünlüyü və müştəri bazasına birbaşa çıxış əldə edəcəklər. Məlumatlarını təqdim etməyən provayderlər isə xəritədə əks olunmayacaq. Bu da onların rəqəmsal seçim mühitindən kənarda qalması ilə nəticələnəcək.
Agentlik vurğulayır ki, bu yanaşma inzibati məcburiyyət deyil, bazar iştirakçılarını daha açıq və müştəriyönümlü fəaliyyətə təşviq edən iqtisadi modeldir. 2025-ci ilin əvvəlindən məlumatlandırılan internet servis provayderləri (İSP) üçün layihədə iştirak hər zaman mümkün olacaq.
Hazırda test rejimində olan “E-Connection” xidmətinin 2026-cı ilin mart ayında tam istifadəyə verilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
8 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
9 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti


























