Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu il Bakıda tramvay şəbəkəsinin yaradılması ilə bağlı işçi layihənin hazırlanması planlaşdırılır.

Bu barədə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

“Bakıda tramvay şəbəkəsinin yaradılması ilə plan ondan ibarətdir ki, ilk növbədə konseptual plandan sonra layihələndirmə mərhələsi həyata keçiriləcək”, - Rəhman Hümmətov əlavə edib.

O deyib ki, söhbət peşəkar layihələndirmə şirkəti tərəfindən bütün şəbəkənin, yəni 5 xətt və 3 deponun layihələndirilməsindən gedir:

“Layihələndirmədən sonra biz burada da ümumi planla yanaşırıq. Dünyada bu işi, yəni bu infrastrukturu quran bir neçə aparıcı şirkət var. Bunlar həm Çinin, həm Avropanın, həm də digər ölkələrin şirkətləri ola bilər. Ancaq məqsəd tam müfəssəl bir layihə hazırlandıqdan sonra şəffaf bir tender vasitəsilə bizim üçün ən uyğun təklif nə olacaqsa, onun seçilməsidir. Burada da istisna deyil ki, layihəni icra edəcək qurum öz maliyyə təminatı, ekspertizaları və sair ilə gələ bilər. Bunların heç biri istisna deyil. Biz hazırda növbəti mərhələ kimi bu işçi layihənin hazırlanması mərhələsinə keçirik və bu il ərzində həmin işi görməyi planlaşdırırıq".
Apa

28.01.2026 12:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18