BMT qlobal iqtisadiyyata dair proqnozlarını açıqlayıb
Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən yayımlanan “Dünya İqtisadi Vəziyyəti və Gözləntilər 2026” hesabatında qlobal iqtisadiyyatın bu il 2,7 faiz böyüyəcəyinin proqnozlaşdırıldığı bildirilib. Bu göstəricinin 2025-ci il üçün proqnozlaşdırılan 2,8 faizdən aşağı olduğu və pandemiyadan əvvəlki orta göstərici olan 3,2 faizdən xeyli geri qaldığı qeyd edilib.
Marja.az xəbər verir ki, hesabatda dünya iqtisadiyyatının 2027-ci ildə isə 2,9 faiz artım göstərəcəyinin gözlənildiyi bildirilib.
BMT ticarət gərginlikləri və maliyyə çətinliklərinin iqtisadi şərtlər üzərində təzyiq yaratdığı barədə xəbərdarlıq edib. Hesabatda ötən il ABŞ-nin tariflərində müşahidə olunan kəskin artımlara baxmayaraq, gözlənilməz bir dayanıqlılığın olduğu, güclü istehlak xərcləri və yavaşlaıyan inflyasiyanın artımı dəstəklədiyi, lakin struktur zəifliklərin davam etdiyi vurğulanıb.
Hesabatda zəif investisiyalar və məhdud fiskal imkanların iqtisadi fəaliyyətə təzyiq göstərdiyi, bunun isə qlobal iqtisadiyyatın pandemiya öncəsi dövrlə müqayisədə daimi olaraq daha yavaş artım trayektoriyasına keçməsi riskini artırdığı bildirilib.
Ticarət gərginliklərində qismən yumşalma müşahidə olunduğuna diqqət çəkilən hesabatda, buna baxmayaraq yüksək tarifələrin və artan makroiqtisadi qeyri-müəyyənliyin təsirinin 2026-cı ildə daha aydın hiss ediləcəyinin gözlənildiyi vurğulanıb.
Pul siyasətində yumşalma və bazar əhval-ruhiyyəsinin yaxşılaşması sayəsində maliyyə şərtlərinin rahatlaşdığı qeyd edilsə də, xüsusilə süni intellekt sahəsində sürətli inkişaflarla əlaqəli sektorlar üzrə yüksək qiymətləndirmələr səbəbindən risklərin davam etdiyi bildirilib.
Bundan əlavə, yüksək borc səviyyələri və artan borclanma xərclərinin bir çox inkişaf etməkdə olan ölkələr üçün siyasət imkanlarını daraltdığı qeyd olunub.
Qlobal ticarətdə gözlənti
Hesabatda qlobal ticarətin 2025-ci ildə yüksək siyasət qeyri-müəyyənliyi və artan tarifələrə baxmayaraq 3,8 faiz artaraq gözləniləndən daha güclü nəticə göstərdiyi bildirilib. Bu artımın ilin əvvəlində daşımaların önə çəkilməsi və xidmətlər ticarətində güclü artımla bağlı olduğu qeyd olunub. Bununla yanaşı, qlobal ticarətdə artım tempinin zəifləyəcəyi və 2026-cı ildə artımın 2,2 faizlə məhdudlaşacağı proqnozlaşdırılıb.
Yüksək qiymətlər qlobal problem olaraq qalır
Hesabatda dezinflasiya prosesinin davam etməsinə baxmayaraq, yüksək qiymətlərin qlobal miqyasda mühüm problem olaraq qaldığı vurğulanıb. Ümumi inflyasiyanın 2024-cü ildə 4 faizdən, 2025-ci ildə 3,4 faizə, 2026-cı ildə isə 3,1 faizə enməsinin gözlənildiyi bildirilib. Bununla yanaşı, qiymət təzyiqlərinin real gəlirlər üzərində mənfi təsirinin davam etdiyi qeyd edilib.
ABŞ, Aİ və Çin iqtisadiyyatlarına dair artım proqnozları
Hesabatda ABŞ iqtisadiyyatının bu il 2 faiz, gələn il isə 2,2 faiz böyüyəcəyinin gözlənildiyi qeyd olunub. Pul və fiskal yumşalmanın dəstəyi ilə bu il üçün artım gözləntisinin 2025-ci ildəki 1,9 faiz səviyyəsindən bir qədər yüksək olduğu bildirilib. Bununla yanaşı, zəifləyən əmək bazarının artım tempinə təzyiq göstərə biləcəyi vurğulanıb.
Avropa İttifaqında (Aİ) iqtisadi artımın 2026-cı ildə 1,3 faiz, 2027-ci ildə isə 1,6 faiz olacağı gözlənilir. Bu göstəricilərin 2025-ci il üçün proqnozlaşdırılan 1,5 faiz artımdan aşağı olduğu qeyd olunaraq, ABŞ-nin yüksək tarifələri və davam edən geosiyasi qeyri-müəyyənliklərin ixracata təzyiq göstərəcəyi bildirilib.
Hesabatda Çin iqtisadiyyatının bu il 4,6 faiz, gələn il isə 4,5 faiz böyüyəcəyinin proqnozlaşdırıldığı da qeyd edilib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 16 d. əvvəl
-
- 53 d. əvvəl
-
59 d. əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım












.jpg)


.jpg)








