Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

2025-ci ildə fermerlərə dəymiş zərərə görə 9 milyon manatdan çox sığorta ödənişi edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
2025-ci ildə fermerlərə dəymiş zərərə görə 9 milyon manatdan çox sığorta ödənişi edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2025-ci ildə ölkənin müxtəlif ərazilərində fəaliyyət göstərən fermer təsərrüfatlarına 9 milyon 147 min manat məbləğində aqrar sığorta ödənişi həyata keçirilib.

Aqrar Sığorta Fondunun yaydığı məlumata görə, bu göstərici əvvəlki ildə həyata keçirilmiş ödənişlərlə müqayisədə 2,7 milyon manat və ya 43 faiz çoxdur.

Reklam_3_11

2025-ci ildə həyata keçirilən sığorta ödənişlərinin 8 milyon 753 min manatı bitkiçilik, 394 min manatı isə heyvandarlıq sığortasının payına düşüb. Bu il ödənişlərin əsas hissəsi şaftalı, nektarin, badam bağlarına, eləcə də taxıl, qarğıdalı və digər əkinlərə aid olub.

Ümumilikdə, 2020-ci ildə fəaliyyətə başlayan Aqrar Sığorta Fondu tərəfindən indiyədək 22,6 milyon manat sığorta ödənişi həyata keçirilib.

Fond fermerlərə və təsərrüfatlara 2021-ci ildə 200 min manat, 2022-ci ildə 2,4 milyon manat, 2023-cü ildə 4,4 milyon manat, 2024-cü ildə isə 6,4 milyon manat məbləğində sığorta ödənişi həyata keçirib.

 

07.01.2026 10:59

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18