970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Məlum olduğu kimi, 31 Dekabr 2025-ci il – 4 yanvar 2026-cı il tarixləri ölkəmizdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar qeyri-iş günləri idi. Bildirmək istəyirik ki, qeyd olunan müddət ərzində ölkə əhalisinin bayram şənlikləri və bayram səyahətləri zamanı müxtəlif bədbəxt hadisələr qeydə alınmış və sözügedən hadisələr nəticəsində sığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən daşınar və daşınmaz əmlaklara ciddi zərər dəymişdir.

Reklam_3_11

Azərbaycan Sığortaçılar Assosiasiyasının yerli sığorta bazarı iştirakçılarından aldığı bu günə olan son dəqiq məlumatlara görə, 31 dekabr 2025-ci il – 4 yanvar 2026-cı il tarixləri aralığında baş vermiş hadisələrlə bağlı 9 qeyri-həyat sığortası şirkətinə ümumilikdə 2156 sığortalı müraciəti daxil olub. Bu müraciətlərin 1876-sı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 260-ı “Kasko” sığorta növü, 15-i “Daşınmaz əmlakın icbari sığortası” növü, 5-i isə “Əmlakın yanğından və digər risklərdən sığortası” növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı olub.

Məlumatlara görə, 1237 hadisə üzrə ehtimal olunan zərər məbləği 1 milyon 243 min 223 manat həcmində müəyyənləşdirilib. Qalan 919 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir.

Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin 2 milyon manatı ötəcəyi ehtimal olunur.

Qeyd etmək istəyirik ki, hesabat dövrü ərzində sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 70 %-i paytaxt Bakıda, 30 %-i isə respublikamızın şimal dağətəyi ərazilərində qeydə alınıb.

Azərbaycan Sığortaçılar Assosiasiyası sığorta bazarı Azərbaycan bayram günlərində sığorta hadisələri 31 dekabr 2025 – 4 yanvar 2026 qeyri-iş günləri Yeni il bayramı sığorta hadisələri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyri-həyat sığortası şirkətləri sığortalı müraciətləri avtonəqliyyat sığortası icbari avto sığorta avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyəti Kasko sığortası daşınmaz əmlakın icbari sığortası əmlakın yanğından sığortası sığorta hadisələrinin sayı 2156 sığorta müraciəti sığorta zərərləri ehtimal olunan zərər məbləği 1.2 milyon manat zərər 2 milyon manatdan çox zərər ehtimalı sığorta ödənişləri zərər qiymətləndirilməsi prosesi sığorta tənzimlənməsi Bakıda sığorta hadisələri regionlarda sığorta hadisələri şimal bölgələrində hadisələr bayram səyahətləri zamanı qəzalar avtonəqliyyat qəzaları əmlak zərərləri sığorta statistikası Marja.az sığorta xəbərləri
06.01.2026 15:42

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18