10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Bakıda CELT Tədris və İnkişaf Mərkəzinin yeni “Riyaziyyat” kitabının təqdimatı keçirilibBakıda CELT Tədris və İnkişaf Mərkəzinin təşəbbüsü ilə hazırlanmış yeni “Riyaziyyat” kitabının təqdimat mərasimi baş tutub. Tədbir paytaxtın nüfuzlu mədəniyyət məkanlarından biri olan Bakı Kitab Mərkəzində (Baku Book Center) təşkil olunub.
Təqdimat mərasimində rəsmi qonaqlar, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutunun professorları, eləcə də təhsil sahəsinin bir sıra nümayəndələri iştirak edib.
Tədbir zamanı məlumat verilib ki, təqdim olunan “Riyaziyyat” kitabı 8 hissədən ibarətdir və 6-cı sinif riyaziyyat proqramından başlayaraq 11-ci sinifə qədər olan bütün tədris mərhələsini əhatə edir. Kitab mərhələli və sistemli yanaşma əsasında hazırlanıb, şagirdlərin riyazi düşüncə qabiliyyətinin formalaşdırılması və mövzuların dərin mənimsənilməsinə yönəlib.
Qeyd olunub ki, bu vəsaiti tam mənimsəyən şagirdlər CELT imtahanları da daxil olmaqla, AP, IB, A-level, SAT, GMAT, GRE, IGCSE kimi beynəlxalq imtahanlarda iştirak üçün zəruri bilik bazasına sahib olacaqlar. Kitab həm məktəb proqramının effektiv öyrənilməsini, həm də imtahanlara məqsədyönlü hazırlığı təmin edən vahid mənbə kimi nəzərdə tutulub.
CELT Tədris və İnkişaf Mərkəzi uzun illərdir ki, təhsildə keyfiyyət, sistemlilik və nəticəyönümlü yanaşma prinsiplərini əsas tutur. Yeni “Riyaziyyat” kitabının təqdimatı bu istiqamətdə atılan növbəti mühüm addım kimi qiymətləndirilir və şagirdlərin akademik uğurlarına töhfə verməyi hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)





