970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR

ATİA Bakı şəhərində ağır tonnajlı yük avtomobillərinin hərəkətinə qoyulmuş məhdudiyyətlərlə bağlı Nazirlər Kabinetinə və digər qurumlara rəsmi müraciət edərək təkliflər verib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) Bakı şəhərində ağır tonnajlı yük avtomobillərinin hərəkətinə tətbiq edilən vaxt məhdudiyyətlərinin tikinti sektoruna mənfi təsirləri ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təkliflərlə rəsmi müraciət ünvanlamışdır.

Marja.az-ın əldə etdiyi məlumata görə, müraciətdə qeyd olunur ki, “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” qərara əsasən, icazə verilən maksimal kütləsi 5–8 tondan artıq olan yük avtomobillərinin paytaxt ərazisində gündüz saatlarında hərəkəti ciddi şəkildə məhdudlaşdırılıb. Bu isə tikinti materiallarının – beton, hazır məhlul, armatur, iriölçülü konstruksiyalar və digər yüklərin – əsasən gecə saatlarında daşınmasını zəruri edir.

Reklam_3_11

ATİA-nın apardığı təhlillərə görə, mövcud məhdudiyyətlər tikinti sektorunda bir sıra istiqamətlər üzrə əlavə risklər, xərclər və ictimai narazılıq yaradır. Gecə rejimində logistika tələbi sürücülər və texniki heyət üçün iş rejiminin ağırlaşmasına, əmək və təhlükəsizlik xərclərinin artmasına, şəhər kənarında anbar və dayanacaqların təşkili zərurəti səbəbindən tikinti obyektlərinin maya dəyərinin yüksəlməsinə və vətəndaşların gecə istirahətinin pozulması fonunda narazılıqlara səbəb olur.

Assosiasiya bildirir ki, beton və prefabrik konstruksiyalar kimi vaxta həssas yüklərin yalnız gecə rejimində daşınması gündüz montaj işlərində material təminatında fasilələr yaradır. Bu isə podratçıların sifarişçilərlə bağladığı müqavilə öhdəliklərinin vaxtında icrasını çətinləşdirir, gecikmə və cərimə risklərini artırır.

ATİA-nın hüquqi qiymətləndirməsində qeyd edilir ki, ağır tonnajlı nəqliyyatın gündüz hərəkətinə qoyulan məhdudiyyətlər sanitariya və səs-küy normaları ilə toqquşma yaradır. Yaşayış zonalarında gecə saatlarında səs-küyün icazə verilən hədlərinin aşağı olması fonunda tikinti meydançalarında və obyektə gedən yollarda gecə yük maşınlarının intensiv hərəkəti, yükləmə-boşaltma və beton tökmə əməliyyatları məişət səs-küyünə dair tələblərlə ziddiyyət təşkil edir. Həmçinin vətəndaşların istirahət hüququnun pozulması ilə əlaqəli şikayətlər əsasında şirkətlər həm inzibati məsuliyyətə cəlb edilir, həm də işgüzar nüfuzları zədələnir.

Assosiasiya vurğulayır ki, hazırkı vəziyyətdə tikinti şirkətləri bir tərəfdən gündüz müddətində ağır yük avtomobillərinin hərəkətinə qoyulmuş məhdudiyyətə, digər tərəfdən isə gecə saatlarında səs-küy normalarına eyni vaxtda tam riayət etmək baxımından faktiki olaraq hüquqi və praktiki çıxılmazlıqla üzləşirlər.

İş elanları AzVak.az-da

ATİA mövcud məhdudiyyətlərin tam ləğvini deyil, tikinti sektorunun xüsusiyyətlərini nəzərə alan balanslaşdırılmış tənzimləmə modelinin hazırlanmasını təklif edir. Müraciətdə, o cümlədən aşağıdakı istiqamətlər irəli sürülür:

- Bakı şəhəri üzrə iri tikinti obyektlərinə aparan yollarda xüsusi “tikinti-logistika marşrutları” nın müəyyən edilməsi (ictimai nəqliyyat zolaqlarında) və nəqliyyatın sıx olmadığı gündüz saatlarında (11:00–15:00) məhdud sayda ağır tonnajlı yük avtomobillərinə kvotalı icazə verilməsi (hazırda icrası davam edən iri dövlət və özəl tikinti layihələri üçün müəyyən keçid müddəti ərzində daha çevik icazə rejiminin tətbiqi);

- tikinti obyektləri üçün AYNA ilə birgə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən mərkəzləşdirilmiş ödənişli elektron icazə və kvota sisteminin tətbiqi;

- Nazirlər Kabinetinin aidiyyəti qurumları, nəqliyyat orqanları və sektor assosiasiyalarının nümayəndələrinin daxil olduğu birgə İşçi Qrupunun yaradılması və beynəlxalq təcrübə əsasında yeni tənzimləmə modelinin işlənməsi.

ATİA hesab edir ki, nəqliyyatın tənzimlənməsi və yol təhlükəsizliyi sahəsində qəbul edilmiş qərarların yenidən nəzərdən keçirilməsi və təkmilləşdirilməsi Bakı şəhərində tikinti və infrastruktur layihələrinin daha planlı və təhlükəsiz icrasına, eyni zamanda əhalinin rahat yaşayış mühitinin qorunmasına xidmət edə bilər.

Assosiasiya bir daha qeyd edir ki, bu məsələ üzrə Nazirlər Kabineti və aidiyyəti dövlət qurumları ilə əməkdaşlığa, analitik materialların, texniki təhlillərin və beynəlxalq təcrübəyə dair məlumatların təqdim edilməsinə hazırdır.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası ATİA müraciəti Bakı ağır tonnajlı yük avtomobilləri yük avtomobillərinə vaxt məhdudiyyəti tikinti sektoru Azərbaycan tikinti logistikasına təsir Bakı şəhərində yük daşımaları tikinti materiallarının daşınması beton və prefabrik konstruksiyalar tikinti sektorunda risklər tikinti maya dəyərinin artması gecə logistika problemləri səs-küy normaları tikinti sanitariya normaları Azərbaycan yol hərəkəti təhlükəsizliyi Nazirlər Kabineti Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tikinti-logistika marşrutları kvotalı icazə sistemi elektron icazə yük avtomobilləri AYNA yük icazələri Baş Dövlət Yol Polisi tikinti layihələrində gecikmə riski şəhər nəqliyyatının tənzimlənməsi Bakı infrastruktur layihələri tikinti sektorunda hüquqi problemlər
19.12.2025 09:35

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18