970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Avropa Bankı AccessBank-a 20 milyon dollar ayırır

AYİB AccessBank-a gənclərə məxsus və gənclər tərəfindən idarə olunan Kiçik və Orta Sahibkarlıq subyektləri (KOS) üçün 20 milyon ABŞ dolları məbləğində kredit ayırır
iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropa Bankı AccessBank-a 20 milyon dollar ayırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) mikro, kiçik və orta sahibkarlıq subyektlərinə (KOS) fokuslanan Azərbaycanın aparıcı banklarından biri olan AccessBank-a 20 milyon ABŞ dollarınadək (17,1 milyon avro) kredit ayırır.

Marja xəbər verir ki, razılaşmaya əsasən, AccessBank AYİB vəsaitlərini Azərbaycanın müxtəlif bölgələrində gənclərə məxsus və gənclər tərəfindən idarə olunan KOS-lara yönəldəcək. Bu vəsait onların böyüməsi, innovasiyaların tətbiqi və ölkənin iqtisadi inkişafına töhfə verməsi üçün zəruri kapitalı təmin edəcək.

Bu kredit həmçinin AccessBank-a bazarın strateji əhəmiyyətli seqmentinə çıxış imkanı verəcək və Azərbaycanda gənclərə məxsus və gənclər tərəfindən idarə olunan müəssisələr üçün güclü investisiya potensialını nümayiş etdirəcək.

Avropa İttifaqı (Aİ) bu krediti Avropa Davamlı İnkişaf Fondu Plus (EFSD+) çərçivəsində təqdim etdiyi "Qonşuluqda Maliyyə İnklüzivliyi" proqramı vasitəsilə ilkin zərər riskinin qarşılanması formasında dəstəkləyir.

Kredit Azərbaycanda AYİB-in “Gənclər Biznesdə” proqramı çərçivəsində verilən ilk maliyyə dəstəyidir və ölkənin gənc sahibkarlarını dəstəkləmək istiqamətində mühüm mərhələni qeyd edir. Kiçik və orta sahibkarlıq subyektləri güclü iqtisadiyyatların dayağıdır və gənclər sahibkarlığının dəstəklənməsi Azərbaycanın iqtisadiyyatını şaxələndirmək və özəl sektoru gücləndirmək baxımından həlledici əhəmiyyət daşıyır.

AYİB-in “Gənclər Biznesdə” proqramı artıq Mərkəzi Asiya, Misir, Mərakeş, Türkiyə və Qərbi Balkanlarda fəaliyyət göstərir. Proqramın məqsədi gənc sahibkarların mülkiyyətində və ya idarəçiliyində olan KOS-ların həm maliyyə, həm də qeyri-maliyyə xidmətlərinə çıxışını təmin etməkdir.

AYİB Azərbaycanda aparıcı institusional investor olaraq qalır və indiyədək ölkədə 200 layihə vasitəsilə 3,7 milyard avro investisiya yatırıb. Bankın Azərbaycan üzrə strategiyası qeyri-neft sektorunun və yerli maliyyə qurumlarının dəstəklənməsinə, həmçinin yaşıl iqtisadiyyata investisiyaların artırılmasına yönəlib.

AYİB AvropaYenidənqurmavəİnkişafBankı AccessBank AccessBankAzərbaycan KOS mikrosahibkarlıq kiçikvəortasahibkarlıq gəncsahibkarlar gənclərbiznesdə AYİBGənclərBiznesdə gənclərəmalidəstək ABŞdollarıkrediti Avropainvestisiyası Avropaİttifaqı EFSDPlus QonşuluqdaMaliyyəİnklüzivliyi maliyyəinklüzivliyi bankkrediti investisiyadəstəyi özəlsektoruninkişafı iqtisadişaxələndirmə qeyrineftsektoru regionalinkişaf innovasiyalıbiznes dayanıqlıiqtisadiyyat Azərbaycandabanksektoru AYİBinvestisiyaları gənclərəaidKOS instusionalinvestor yaşıliqtisadiyyat
18.12.2025 10:39

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18