"Amazon Web Services" Azərbaycanla birgə işləmək üçün böyük potensial görür
ABŞ-nin və dünyanın aparıcı elektron ticarət platforması "Amazon" şirkətinin törəməsi - "Amazon Web Services" (AWS) Azərbaycanla birgə işləmək üçün böyük potensial görür.
Bunu şirkətin Mərkəzi Asiya, Qafqaz və Monqolustan üzrə ölkə meneceri İnna Ozhogina bildirib.
"Digər ölkələrdəki təcrübəmə əsasən, burada biznes üçün "bulud" xidmətlərinin yarada biləcəyi imkan və üstünlüklərin yüksək səviyyədə başa düşüldüyünü, bu bazarın kifayət qədər yetkin olduğunu müşahidə edirəm. Biz böyük "Amazon" ailəsinin bir hissəsiyik və dünya üzrə aparıcı hiperskalerlərdən biriyik. Dünyada mövcud olan bütün növ bizneslər üçün geniş çeşiddə "bulud" xidmətləri təqdim edirik. "Amazon" ailəsi çərçivəsində "Kuiper" adlı aşağı orbitli peyklərimiz var. Bu, müxtəlif ölkələrə təqdim etdiyimiz xidmətdir. Hazırda bu xidmət Azərbaycanda mövcud deyil, amma ümid edirəm ki, yaxın gələcəkdə əlçatan olacaq. Yəni, təklif edə biləcəyimiz və təcrübə paylaşa biləcəyimiz çoxsaylı xidmətlərimiz var", - deyə o qeyd edib.
Bundan başqa, qonaq deyib ki, AWS Azərbaycanda maliyyə sektoruna texnologiya xidmətləri təklif etməyə maraq göstərir: "Müxtəlif ölkələrdən olan ödəniş şirkətlərinin, bankların və digər maliyyə təşkilatlarının AI, GenAI və digər texnologiyalardan necə istifadə etdiyinə dair çoxlu nümunələr var. Hazırda bizim üçün ən böyük bazar Qazaxıstandır, çünki orada fəaliyyətə bir qədər tez başlamışıq və yaxşı irəliləyiş əldə etmişik. Ümid edirik ki, gələn il və yaxud ən gec iki ildən sonra əməkdaşlıq etdiyimiz şirkət loqoları arasında çoxlu Azərbaycan banklarını və digər maliyyə şirkətlərini də göstərəcəyik".
"Biz regionumuzda mövcud olan məlumatların rezidentliyi və təhlükəsizlik tələblərini çox yaxşı anlayırıq. Həssas və şəxsi məlumatların ölkə daxilində saxlanmalı olduğunu bilirik. Bununla bağlı müəyyən tənzimləmələr var. Maliyyə təşkilatları üçün isə mərkəzi bankların əlavə tələbləri mövcuddur. Biz bunların hamısının fərqindəyik və tam hörmətlə yanaşırıq. Məhz buna görə də təklif etdiyimiz həllərin əksəriyyəti hibrid "bulud" modelinə əsaslanır", - deyə o əlavə edib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
-
-
1 gün əvvəl
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
-
1 gün əvvəl
ABŞ bankından bazarlar üçün böhran xəbərdarlığı: Vəziyyət getdikcə 2008-i xatırladır
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir
-
1 gün əvvəl
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp Putinin İrana "azacıq" kömək göstərdiyini etiraf edib
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
Ən çox oxunanlar
Palma yağı qiymətlərində artım davam edir
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
PAŞA Sığorta ilə Ramazan və Novruz bayramlarının sevincini səyahətdə doya-doya yaşayın!
Qarabağda torpaqların icarəyə verilməsi üzrə 2-ci investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin”


















