Mərkəzi Bank tərəfindən yoxlama prosesləri avtomatlaşdırılıb
Mərkəzi Bank tərəfindən nəzarət proseslərinin təkmilləşdirilməsi məqsədilə “SupTech” (nəzarət texnologiyaları) həllərinin tətbiqinə əsaslanan “Nəzarət yoxlamalarının idarə edilməsi” layihəsi uğurla həyata keçirilib.
Bnakın yaydığı məlumatda bildirilir ki, “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində həyata keçirilmiş bu layihənin məqsədi nəzarət yoxlamalarının idarə edilməsi üçün xüsusi bir platforma tətbiq edərək yoxlamaların planlaşdırılmasını, aparılmasını və nəticələrinin izlənilməsini tam avtomatlaşdırmaq, məlumatları vahid bazada toplamaq və risk əsaslı nəzarət metodunu effektiv şəkildə həyata keçirmək olub.
Qeyd edilib ki, görülən işlər çərçivəsində maliyyə institutlarına nəzarəti həyata keçirən Mərkəzi Bankın aidiyyəti departamentləri öz yoxlama funksiyalarının effektiv icrası üçün müvafiq proqram təminatı ilə təmin edilib. Yoxlamaların bu proqram təminatı vasitəsilə aparılması proseslərin risk əsaslı prioritetləşdirilməsinə, yoxlama planlarının daha effektiv tərtib edilməsinə və maliyyə institutlarına verilmiş göstərişlərin icra vəziyyətinin operativ izlənilməsinə imkan verib.
Eyni zamanda, avtomatlaşdırma çərçivəsində yoxlama prosedurlarının standartlaşdırılması, yoxlama hesabatlarının öncədən müəyyən edilmiş formalara uyğun olaraq daha qısa müddət ərzində tərtib edilməsi və bütün məlumatların vahid elektron məlumat bazasında saxlanılması mümkün olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















