Dövriyyədə olan nağd pul və bank ehtiyatları artıb
Azərbaycanda pul bazası 2025-ci ilin noyabr ayında oktyabr ayının sonu ilə müqayisədə 733,3 milyon manat və ya 3,4% artıb. Pul bazası oktyabrda 146,1 milyon manat azalmışdı.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 30.11.2025-ci il tarixində pul bazası 22 milyard 128.4 milyon manat təşkil edib.
Pul bazası 29.12.2024-cü il tarixində 20 milyard 916.5 milyon manat təşkil etmişdi. 2025-ci ilin 11 ayı ərzində pul bazası 1 milyard 211,9 milyon manat artıb.
Pul bazası dedikdə - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.
Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.
Pul bazası (milyon manatla)
28.11.2025 22128.4
31.10.2025 21395.1
30.09.2025 21541.2
29.08.2025 21121.8
31.07.2025 21243.0
30.06.2025 21471.3
30.05.2025 20629.7
30.04.2025 20719.3
31.03.2025 21498.1
28.02.2025 19842.0
31.01.2025 20124.1
29.12.2024 20916.5
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 16 d. əvvəl
-
25 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
28 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
























