Azərbaycan Banklar Assosiasiyası və Koreya Banklar Federasiyası Memorandum imzaladı
Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti 26–28 noyabr 2025-ci il tarixlərində Koreyada səfərdədir. Səfər çərçivəsində Koreyanın aparıcı maliyyə qurumları ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
Səfərin ilk günü ABA və Koreya Banklar Federasiyası (Korea Federation of Banks – KFB) arasında ABA prezidenti Zakir Nuriyev və KFB sədri Cho Yong-byoung tərəfindən bank sektorunda əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
İmzalanma mərasimində ABA-nın icraçı direktoru Yunus Abdulov və Azərbaycan Mərkəzi Bankından nümayəndə də iştirak edib.
İmzalanmış Memorandum bankçılıq sahəsində institusional tərəfdaşlığın gücləndirilməsini, qabaqcıl beynəlxalq təcrübə və informasiya mübadiləsinin genişləndirilməsini, rəqəmsal bankçılıq, FinTex və innovativ maliyyə texnologiyaları üzrə birgə təşəbbüslərin təşkili, eləcə də bank sektorunda qlobal təcrübələrin öyrənilməsi və ekspert mübadiləsini nəzərdə tutur. Sənəd tərəflər arasında birgə layihələrin icrası, təlim və seminarların təşkili, həmçinin qarşılıqlı əməkdaşlığın daha sistemli şəkildə həyata keçirilməsi üçün yeni imkanlar yaradır.
ABA nümayəndə heyətinin Koreyada səfəri davam edir və qarşıdakı iki gün ərzində maliyyə təşkilatları ilə əlavə ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 19 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 22 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır





















