“Gazelli” kosmetika zavodunda yanğın başlayıb
Xəzər rayonun Şüvəlan qəsəbəsində “Gazelli” kosmetika zavodunda yanğın başlayıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, yanğın nəticəsində kimyəvi maddənin kəskin qoxusu ətrafa yayılıb. Nəticədə bir neçə nəfərin vəziyyəti pisləşib.
Nazirlikdən bildiriblər ki, yanğın söndürən maşınlar artıq hadisə yerində işləyirlər.
Qeyd edək ki, “Gazelli” kosmetika zavodu "AZAL"ın rəhbəri Cahangir Əsgərovun qızı Cəmilə Əsgərovaya məxsusdur. O, Gazelli Azerbaijan kosmetika şirkətinin təsisçisi və kreativ direktorudur.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuşverilən məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonu ərazisində anbarda yanğın başlamışdır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və texnikası hadisə yerindədir. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.
“Gazelli Group"un mətbuat katibi Yelena Siderenko açıqlamasında bildirib ki, təxminən 1 saat əvvəl zavodun həyətindəki anbarlardan birində qısqapanma baş verib:
“Yanğının qarşısı tez bir zamanda alınıb. Nəticədə nə insanlara, nə də ki məhsullara ziyan dəyib. Mediada bu barədə yayılan məlumatlar yalandır. Qısaqapanma zavodun özündə deyil, anbarların birində baş verib. Panika yaratmamaq üçün bizimlə əlaqə saxlasınlar. O anbarda məhsullar yox, qablar saxlanılırdı. Hazırda yanğın söndürülüb, heç bir təhlükə yoxdur”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
47 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























