Yerli balıq məhsullarının ƏDV-dən azad olması müzakirə edilib
Balıqçılıq və Akvakultura Mərkəzi ilə pərakəndə satış şəbəkələri arasında balıqçılıq sektorunun inkişafı müzakirə olunub.Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Balıqçılıq və Akvakultura Mərkəzinin rəhbər heyəti iri pərakəndə satış şəbəkələrinin balıq məhsullarına məsul nümayəndələri ilə görüşüb.
Marja xəbər verir ki, görüşdə ölkəmizdə balıq məhsullarının istehlakının artırılması, yerli akvakulturanın inkişafı və istehsalçıların dəstəklənməsi istiqamətində mövcud vəziyyət və gələcək addımları müzakirə olunub.
Tədbir çərçivəsində yerli balıqçılıq və akvakultura təsərrüfatlarının inkişaf prioritetləri, balıq istehsalçılarına təqdim olunan dövlət dəstək mexanizmlərinin layihələri, yerli balıq məhsulları üçün ƏDV-dən azad olma, pərakəndə satış şəbəkələrində qida təhlükəsizliyi və gigiyena standartlarının təkmilləşdirilməsi, eləcə də yerli istehsalçılar ilə pərakəndə şəbəkələr arasında birbaşa əməkdaşlığın gücləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Görüşün sonunda tərəflər ölkədə balıq istehlakının artırılması məqsədilə balıq məhsullarının istehsal və satış zəncirində qarşılıqlı əməkdaşlığın artırılması, yerli istehsalın dəstəklənməsi və ölkədə balıq məhsullarına olan tələbatın yüksəldilməsi üçün birgə fəaliyyətə hazır olduqlarını ifadə ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 12 d. əvvəl
- 28 d. əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat

















