Neft qiymətilə bağlı bədbin proqnoz - 40 dollaradək düşə bilər
Goldman Sachs-dan 2026-cı il üçün neft qiyməti proqnozuQlobal investisiya bankı Goldman Sachs, Brent neftinin 2026-cı ildə orta hesabla 56 dollar, Qərbi Texas (WTI) neftinin isə 52 dollar səviyyəsində olacağını proqnozlaşdırıb. Bank, qiymətlərin 2027-ci ildən etibarən bərpa olunacağını gözləyir. Proqnoza əsasən, Brent 2028-ci ilin sonunda 80 dollar səviyyəsinə çatacaq.
Marja.az-ın məlumatına görə, Goldman Sachs, qlobal neft bazarında gündə təxminən 2 milyon barellik təklif artığı səbəbindən qiymətlərin 2026-cı ildə də aşağı düşəcəyini bildirir.
Bankın qiymətləndirməsinə görə, Brent neftinin 2026-cı il üzrə orta qiyməti (56 dollar) və WTI neftinin qiyməti (52 dollar) hazırkı fyuçers qiymətlərindən aşağıdır (Brent 64 dollar, WTI 60 dollar).
Təklif artığının səbəbləri arasında pandemiyadan əvvəl verilmiş, lakin Covid dövründə təxirə salınmış uzunmüddətli investisiya qərarlarının indi işə düşməsi və OPEC+ ölkələrinin hasilat məhdudiyyətlərini aradan qaldırması göstərilir. ABŞ və Braziliya kimi istehsalçıların da hasilatı artırması qiymətlər üzərində əlavə təzyiq yaradır.
Beynəlxalq Enerji Agentliyi isə 2026-cı ildə qlobal neft bazarında gündə 4,09 milyon barel həcmində artıq təklif ola biləcəyini açıqlayıb.
2027-ci il üçün artım proqnozu
Goldman Sachs, qiymətlərin 2027-ci ildən etibarən yüksəlişə keçəcəyini gözləyir. Bankın proqnozuna görə, 2028-ci ilin sonunda Brent 80 dollar, WTI isə 76 dollar səviyyəsinə çatacaq. Bununla yanaşı, xəbərdarlıq edilib ki, 2026–2027 dövründə Brent qiymətləri 40 dollaradək enə və ya Rusiyanın təklifində kəskin azalma baş verərsə 70 dolların üzərinə qalxa bilər.
Hazırda Brent fyuçersləri 64,19 dollara, WTI fyuçersləri isə 43 dollar azalaraq 59,93 dollar səviyyəsində ticarət olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























