Azərbaycan şirkətinin növbəti böyük uğuru
28 ildir tikinti materialları istehsalı sahəsində fəaliyyət göstərən “METAK” şirkəti həm daxili, həm də xarici bazarlarda mövqelərini genişləndirməkdə davam edir.
Şirkət hər il məhsul çeşidini təkmilləşdirərək daxili bazarda idxalı böyük ölçüdə əvəzləməyə nail olub. Son illərdə isə əsas məqsəd ixrac həcmini artırmaq və ölkə iqtisadiyyatına daha böyük töhfə verməkdir.
Türkiyənin İstanbul şəhərində hər iki ildən bir keçirilən, isitmə, soyutma, havalandırma, izolyasiya və tikinti sistemləri üzrə dünyanın ən nüfuzlu tədbirlərindən biri sayılan “ISK SODEX” beynəlxalq sərgisi bu il də geniş iştirakçı və ziyarətçi auditoriyası ilə yadda qalıb.
120 000 m²-lik ərazidə 1000-dən artıq şirkətin məhsullarını nümayiş etdirdiyi və 200 000-dən çox iş adamının ziyarət etdiyi sərgi, regionda və dünyada sənaye üzrə lider platformalardan biri olduğunu bir daha sübut edib.
Ölkəmizi artıq ikinci dəfə bu sərgidə yeganə təmsil edən “METAK” şirkəti bu il də fəal iştirakçılar sırasında yer alıb. Şirkətin sərgidə iştirakı yalnız məhsulların təqdimatı ilə məhdudlaşmayıb, həm də mövcud tərəfdaşlıqların möhkəmləndirilməsi və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb.
Plastik boruların nümayiş olunduğu stend sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
https://www.instagram.com/metak.plastik.borular
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





