Şəffaflıq və açıqlama sahələrində irəliləyişlərə görə SOCAR-ın reytinqi qaldırıldı
"S&P Global Ratings" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) maliyyə siyasətində şəffaflıq və açıqlama səviyyəsində əhəmiyyətli irəliləyişlər müşahidə edib. Beynəlxalq reytinq agentliyi bu dəyişiklikləri nəzərə alaraq, SOCAR-ın uzunmüddətli emitent kredit reytinqi və təminatsız istiqrazlarının reytinqini “BB-”dən “BB” səviyyəsinə qaldırıb. Proqnoz "Sabit"dir.
Bu barədə Marja.az "S&P Global Ratings"ə istinadən xəbər verir.
"S&P" həmçinin SOCAR-ın müstəqil kredit profili (SACP) üzrə qiymətləndirməsi “b” səviyyəsindən “bb-” səviyyəsinə yüksəldib.
"Sabit proqnoz şirkətin böyük nağd vəsait ehtiyatları sayəsində idarəolunan likvidlik vəziyyətini qoruyacağına və əməliyyat fəaliyyətinin sabit qalaraq fond axını (FFO) / borc nisbətini 12%-dən yuxarı saxlayacağına dair gözləntilərimizi əks etdirir. Dövlət dəstəyi ilə bağlı mövqeyimiz dəyişməz qalır",- "S&P" bildirirb.
"S&P" qeyd edib:
"Əvvəllər SOCAR-ın açıqlama və şəffaflıq səviyyəsini beynəlxalq analoqlarla müqayisədə zəif hesab edirdik. Lakin son dövrlərdə bu sahədə əhəmiyyətli irəliləyişlər müşahidə olunub — şirkət artıq biznes seqmentləri, korporativ struktur və strategiya barədə daha detallı məlumatlar təqdim edir.
SOCAR bundan sonra daxili hasilat layihələrinə daha çox diqqət yetirməyi planlaşdırır ki, bu da daha sabit pul axını və əvvəlki illərə nisbətən daha az investisiya qeyri-müəyyənliyi deməkdir. Bununla belə, biz şirkətin mürəkkəb korporativ strukturu və opportunist investisiya təcrübələri səbəbindən prosesi diqqətlə izləyəcəyik".
"S&P", "1025–2027-ci illərdə SOCAR-ın EBITDA-sının 2024-cü ildəki 6,7 milyard manatdan 5,5–6 milyard manat aralığına düşəcəyi gözlənilir. Bu, neft və qaz qiymətlərinin azalması və hasilatın tədricən aşağı düşməsi ilə bağlıdır. Vergi və faiz xərclərinin azalması sayəsində FFO sabit qalacaq, bu da FFO/borc nisbətinin 12–15% səviyyəsində qalmasına imkan verir. Əsas ssenariyə görə, illik kapital xərcləri (CAPEX) təxminən 3 milyard manat, sərbəst pul axını (FOCF) isə 1 milyard manat olacaq", - əlavə edib.
2024-cü ilin sonunda SOCAR-ın nağd vəsaiti 14 milyard manat olub ki, bu da qısamüddətli borcları ödəməkdə mühüm rol oynayır. Nağd vəsaitlər nəzərə alındıqda, FFO/borc göstəricisi 20%-dən bir qədər yuxarı səviyyəyə yüksəlir.
FFO (Funds From Operations) — yəni əməliyyat fəaliyyətindən əldə olunan vəsaitlər, şirkətin əsas əməliyyatlarından (satış, hasilat, xidmət və s.) nə qədər real pul axını yaratdığını göstərən göstəricidir. Başqa sözlə, bu göstərici şirkətin əsas işindən (məsələn, SOCAR üçün – neft və qaz hasilatı, emalı və satışı) nə qədər pul qazandığını, maliyyə xərcləri və investisiyalar xaricində göstərir.
Proqnoz
"S&P" qeyd edib ki, "Sabit" proqnoz, SOCAR-ın likvidlik mövqeyinin idarəolunan qalacağını, dövlət dəstəyinin davam edəcəyini və əsas layihələrdə gecikmə və ya əməliyyat problemlərinin yaranmayacağını ehtimal edir.
S&P-nin baza ssenarisinə əsasən, FFO/borc 12–15%, nağd vəsait nəzərə alındıqda isə 20%-dən bir qədər yuxarı olacaq.
Risklər – aşağı yönlü ssenari
Reytinq aşağı düşə bilər, əgər:
Dövlətin şirkətə dəstək vermə qabiliyyəti və istəyi zəifləsə;
FFO/borc 12%-dən (nağd vəsaitlə 20%-dən) aşağı düşsə;
Likvidlik kəskin pisləşsə, yəni nağd vəsait azalsa və şirkət qısamüddətli öhdəliklərini qarşılaya bilməsə.
Yuxarı yönlü ssenari
Reytinqin artırılması yalnız Azərbaycanın suveren reytinqinin yüksəlməsi və ya SOCAR-ın müstəqil kredit profilinin “bb+” səviyyəsinə çatması halında mümkündür. Hazırda bu, yüksək borclanma səbəbindən az ehtimal olunur.
SOCAR – Azərbaycan hökumətinə məxsus neft-qaz şirkətidir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 15 d. əvvəl
-
- 24 d. əvvəl
- 31 d. əvvəl
- 36 d. əvvəl
-
48 d. əvvəl
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
-
1 saat əvvəl
Milli Oftalmologiya Mərkəzi gələn il büdcədən 9 milyon manat alacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Elektrik ötürücü xətlərin və qaz kəmərinin tikintisini müzakirə etmişik"
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
Rusiya limanına hücumdan sonra neft qiymətləri artıb
Ən çox oxunanlar
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Xankəndidə mənzillər satışa çıxarılacaq
Noyabrın 15-də gözlənilən hava şəraiti
Əhalinin bir nəfəri orta hesabla ayda 513,8 manatlıq mallar alıb
Azərbaycanda orta maaş 6,1 manat aşağı düşüb
"İdeal Kredit"in borclanması üçün hərrac keçiriləcək - borcverənlərə illik 14% ödəyəcək












.jpg)









.jpg)
