970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dünyanın ən böyük gəmiçilik şirkəti Azərbaycanda ofisini açıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyanın ən böyük gəmiçilik şirkəti Azərbaycanda ofisini açıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyanın konteyner daşımaları üzrə ən böyük gəmiçilik şirkəti olan “Mediterranean Shipping Company” (MSC) Qafqaz regionunda - Azərbaycanda ilk ofisini açıb.

Artıq şirkətin Azərbaycan üzrə ölkə meneceri vəzifəsinə də təyinat olub. Belə ki, bu vəzifənin icrası Hüseyn Ramazanova həvalə olunub.

“Qafqaz regionunda əsas logistika iştirakçısı olaraq, MSC-nin 15 ildən artıq fəaliyyət göstərdiyi Azərbaycanda ilk ofisimizi açmaqdan məmnunuq. Yeni ofis bu mühüm regionda mövqeyimizi gücləndirməyə, müştərilər, biznes tərəfdaşlar və yerli qurumlarla daha səmərəli əməkdaşlığa şərait yaratmağa kömək edəcək”, - deyə Hüseyn Ramazanov bildirib.

Son illərdə Orta Dəhliz vasitəsilə yükdaşımaların həcmi sürətlə artır. Regionda cəlbedici biznes artımına cavab olaraq, MSC kimi beynəlxalq şirkətlər üçün daşımaları optimallaşdırmaq və tranzit müddətlərini azaltmaq ciddi üstünlüklər yaradır. Bu gün Azərbaycan Orta Dəhlizin əsas strateji mərkəzlərindən biridir. MSC-nin regiondakı mövcudluğu bu marşrutun rəqabət qabiliyyətini daha da gücləndirəcək. Həmçinin Azərbaycanın tranzit xidmətlərini rəqəmsallaşdırmaq və gömrük proseslərini sadələşdirmək istiqamətində atdığı addımlar beynəlxalq daşıyıcıların marağını daha da artırıb.

Qeyd edək ki, MSC İsveçrənin Cenevrə şəhərində yerləşən – nəqliyyat və logistika sahəsində qlobal liderdir. Azərbaycanda və MDB bazarında 20 ildən artıq logistika təcrübəsinə malikdir. Dünyanın aparıcı konteyner daşıma şirkətlərindən biri olan MSC 155 ölkədə 675 ofisə və təxminən 200 min əməkdaşa sahibdir. Şirkət qlobal miqyasda yol, dəmir yolu, hava və dəniz nəqliyyatı resurslarından ibarət inteqrasiya olunmuş şəbəkəyə çıxış imkanına malikdir. MSC-nin gəmiçilik xətti 300-dən çox ticarət marşrutu üzrə hərəkət edir və 520-dən artıq limana yan alır. İndiyə qədər Azərbaycana MSC Gürcüstan tərəfindən xidmət göstərilib.

Xatırladaq ki, bu ilin sentyabr ayında SOCAR ilə MSC arasında strateji əməkdaşlığa dair saziş imzalanıb. Tərəflər Egey bölgəsinin ən böyük konteyner limanı olan “SOCAR Terminalı”nda birgə investisiyalar vasitəsilə Türkiyənin qlobal təchizat zəncirində mövqeyini gücləndirməyi hədəfləyirlər. Razılaşmaya əsasən, MSC-nin törəmə şirkəti və qlobal terminal operatoru “Terminal Investment Limited” (TIL) “SOCAR Terminalı”nda səhmdar olacaq.

İş elanları AzVak.az-da

© Azərtac 

MSC Azərbaycan Mediterranean Shipping Company MSC Qafqaz ofisi MSC Azerbaijan MSC Logistics MSC gəmiçilik konteyner daşımaları dəniz daşımaları gəmiçilik şirkəti logistika nəqliyyat MSC ofisi Bakıda Hüseyn Ramazanov MSC country manager Azerbaijan MSC Qafqaz regionu Orta Dəhliz Middle Corridor Trans-Caspian International Transport Route beynəlxalq yükdaşıma konteyner daşımaları şirkəti dəniz nəqliyyatı tranzit daşımaları logistika mərkəzi qlobal logistika MSC terminal SOCAR Terminal TIL Terminal Investment Limited SOCAR əməkdaşlıq SOCAR-MSC sazişi Egey regionu konteyner limanı Azərbaycan tranzit potensialı beynəlxalq nəqliyyat şirkətləri MSC liman şəbəkəsi Qafqazda logistika Azərbaycan logistika sektoru Bakı logistika MSC ofis açılışı MSC şirkəti MSC news Azerbaijan MSC 2025 beynəlxalq ticarət marşrutları tranzit xidmətləri yükdaşımalar Orta Dəhliz strateji mərkəz logistika xəbərləri beynəlxalq daşımalar
11.11.2025 12:14

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18