970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

AccessBank “Access2Success” layihəsinə dördüncü dəfə start verdiyini elan edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
AccessBank “Access2Success” layihəsinə dördüncü dəfə start verdiyini elan edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) AccessBank qadın sahibkarların biznes bacarıqlarını, idarəetmə qabiliyyətini və maliyyə savadlılığını artırmaq məqsədilə “Access2Success” layihəsinə növbəti dəfə start verdiyini elan edir. Layihə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə reallaşır.

Bu il iştirak üçün 300-ə yaxın qadın sahibkar müraciət edib. Seçim meyarlarına əsasən 50 nəfər iştirakçı layihəyə qoşulub. Onlar biznes idarəçiliyi, liderlik, satış strategiyaları, marketinq kommunikasiyaları və hüquqi tələblər üzrə biliklərini artıracaqlar. Təlimləri təcrübəli yerli ekspertlər aparır.

Layihənin əsas məqsədi qadın sahibkarların biznes ekosistemində rolunu gücləndirmək, dayanıqlı biznes modelləri qurmaq bacarığını inkişaf etdirmək və qadın liderliyini təşviq etməkdir. “Access2Success” qadınların iqtisadi müstəqilliyinə və ölkənin inklüziv inkişafına töhfə verir.

“AccessBank artıq 23 ildir ki, mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək verir. Qadın sahibkarlığın təşviqi isə bu istiqamətdə əsas prioritetlərimizdəndir. Hazırda biznes portfelimizin təxminən 20%-i qadınlar tərəfindən idarə olunan bizneslərdən ibarətdir. “Access2Success” layihəsinin dördüncü dəfə həyata keçirilməsi bu sahədəki strateji öhdəliyimizin davamıdır. Layihə qadınlara bilik və bacarıqlarını inkişaf etdirmək, biznesdə və iqtisadiyyatda daha aktiv rol almaq imkanı yaradır”, – deyə AccessBank-ın İdarə Heyətinin üzvü, Baş Biznes İnzibatçısı Renat Hümbətov bildirib.

“Mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi AYİB-in əsas prioritetlərindəndir. Biz bu istiqamətdə maliyyə həlləri ilə yanaşı, fərdi məsləhət və təlimlər də təklif edirik. AYİB-in Kiçik Bizneslər üçün Məsləhət Proqramı (Advice for Small Businesses) şirkətlərin rəqabət qabiliyyətini və innovasiyaya açıq olmasını gücləndirir. Qadın sahibkarları bilik, maliyyə və şəbəkə imkanları ilə dəstəkləyən “Qadınlar Biznesdə” (Women in Business) təşəbbüsümüzlə qürur duyuruq. AccessBank ilə birgə keçirilən təlimlər bu öhdəliyimizin bariz nümunəsidir. Avropa İttifaqına dəstəyə və maliyyələşdirməyə görə təşəkkür edirik,” – deyə Assosiasiya Direktoru, AYİB-in Qafqazda Maliyyə İnstitutları üzrə Biznes Rəhbər Mixail Qreçixo qeyd edib.  

“Access2Success” layihəsi ilk dəfə 2022-ci ildə həyata keçirilib. İndiyədək 160-dan çox qadın sahibkar proqramda iştirak edib. Konsaltinq, turizm, təhsil, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən qadınlar layihə çərçivəsində altı həftəlik intensiv təlimlərdə praktik biliklər qazanıblar.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

AccessBank Access2Success qadın sahibkarlar qadın liderliyi qadın sahibkarlığın inkişafı biznes təlimləri maliyyə savadlılığı biznes idarəçiliyi liderlik bacarıqları satış strategiyaları marketinq kommunikasiyaları AYİB Avropa Yenidənqurma və İnkişaf Bankı Women in Business Kiçik Bizneslər üçün Məsləhət Proqramı mikro kiçik və orta biznes KOB qadınların iqtisadi müstəqilliyi inklüziv inkişaf dayanıqlı biznes modelləri biznes ekosistemi sahibkarlığın təşviqi maliyyə dəstəyi Avropa İttifaqı Renat Hümbətov Mixail Qreçixo təlim proqramı qadınların biznesdə rolu mikromaliyyələşdirmə AccessBank filialları AccessBank xidmətləri AccessBank layihələri biznes inkişafı qadınların gücləndirilməsi
04.11.2025 18:15
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18