Zəngəzur dəhlizinin Azərbaycan hissəsi gələn ilin sonunadək tamamlanacaq
Zəngəzur dəhlizinin dəmir yolu hissəsində tunel və körpü layihələri yekun mərhələdədir.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri Tural Abbaslı diplomatik korpus nümayəndələrini məlumatlandırarkən bildirib.
“Tunel divarlarının qazılması üçün dinamitdən istifadə olunur və gündə təxminən 2–3 metr qazıntı aparılır. Qazıntıdan dərhal sonra xüsusi boltlar, məftil və beton vasitəsilə divarlar möhkəmləndirilir. Tunelin ümumi uzunluğu 677 metrdir. Onun ardınca daha bir tunel gəlir, uzunluğu 1067 metrdir. Hər iki tunel bağlanmış boru tipli texnologiya ilə inşa edilir”, - o deyib.
ADY rəsmisinin sözlərinə görə, dağ relyefi nəzərə alınaraq tunelin üst hissəsində daşların düşməsinin qarşısını almaq üçün xüsusi qalereya tikilib: “Tikintiyə başladığımızda ərazi daşlarla dolu idi, buna görə də tuneli qorumaq üçün mühəndislik həll tətbiq etdik. Layihə çərçivəsində ümumilikdə 594 mühəndis qurğusu, o cümlədən 4 tunel və 14 körpü inşa olunur. Regionun ən uzun dəmir yolu körpüsü – 771 metr uzunluğunda körpü də burada yerləşir. Hündürlüyü 35 metr olan körpü isə regionda ən böyük mühəndis qurğularından biri hesab olunur. Tikintinin ümumi irəliləyişi 68 faizdir.
Gələn ilin sonuna qədər sərhədə qədər olan hissədə dəmir yolu çəkilişi başa çatdırılacaq. Daha sonra elektrik, siqnalizasiya, rabitə və abadlaşdırma işləri tamamlanacaq”.
Tural Abbaslı əlavə edib ki, layihə çərçivəsində 9 stansiya nəzərdə tutulub: “Hazırda Həkəri və Zəngilan stansiyaları arasında işlər yekunlaşır. Tunelin çıxışında Azərbaycanı İranla birləşdirəcək körpü inşa ediləcək”.
ADY sədrinin müşaviri vurğulayıb ki, Araz İqtisadi Zonasında yerləşən “Holcim” zavodunun ehtiyacları üçün dəmir yolunun müəyyən hissəsi artıq istismar olunur və bu il 25 min ton yük daşınıb.
“Texniki baxımdan bu mümkündür. Ətraflı layihə hazır olduqdan sonra həmin 42 kilometrlik hissəni 2–2,5 ilə başa çatdırmaq olar”, - ADY rəsmisi Ermənistan ərazisindən keçən dəmir yolu xəttinin bərpası ilə bağlı suala cavabında bildirib.
© APA
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: Prime Cotton USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 5 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 saat sonra
- 18 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank of Baku komissiyanı ləğv etdi – Tələsin, 30 dekabradək!
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Türkiyəyə gələn xarici turistlərin sayı 50 milyonu keçib
Azərbaycan pambıq sektorunda tarixi ilk: Prime Cotton USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
Azot gübrəsi ixracında böyük artım
Ən çox oxunanlar
BYD Tesla-nı geridə qoydu
Azərbaycandan bu məhsulun ixracı kəskin artıb
Avropada elektrik avtomobillərinin satışı artıb, Tesla-nın satışı isə kəskin azalıb
Tanınmış mebel istehsalçısı Əhmədli mağazasını açır
Fitch Ukraynanın kredit reytinqini yüksəldib
“Müflisləşmə və iflas haqqında” qanun yenidən işlənilir: əsas yeniliklər - MÜSAHİBƏ
Azərbaycanın ixracında neft-qaz sektoruna daxil olan malların xüsusi çəkisi cüzi azalıb
Azərbaycan neftinin son qiyməti



















