Futbol və əyləncə bir arada – “CityNet TV”dən “Digiturk” paketinə xüsusi endirim!
(® “CityNet TV” yə yeni qoşulan abunəçilər indi TV Plus xidməti ilə yanaşı “Digiturk” paketini xüsusi endirimlə əldə edə bilərlər. Kampaniya çərçivəsində “CityNet TV Plus + Digiturk” paketinə 26.99 AZN deyil, aylıq cəmi 19.99 AZN ödəyərək qoşulmaq mümkündür.
Futbol və əyləncə sevənlər üçün ideal olan bu fürsət sayəsində “CityNet TV” istifadəçiləri canlı idman həyəcanını və keyfiyyətli əyləncəni eyni anda yaşamaq imkanı əldə edirlər.
Abunəçilər bu endirimli qiymətdən bir il boyunca (12 ay) yararlana biləcəklər. Təklif 31 dekabr 2025-ci il tarixinə qədər qoşulan müştərilər üçün keçərlidir.
Xüsusi endirimdən yararlanmaq üçün *1177 ilə əlaqə saxlaya bilərsiniz.
“Digiturk” paketi çərçivəsində idman həvəskarları “BeIN Sports International”, “BeIN Sports 2”, “BeIN Sports 3”, “BeIN Sports 4” kanalları vasitəsilə Türkiyə Super Liqasının futbol matçlarını və digər idman yarışlarını yüksək keyfiyyətdə izləyə biləcəklər. Əyləncə və kino həvəskarları üçün isə “BeIN Iz”, “BeIN Gurme”, “BeIN Movies” kimi sevilən kanallar təqdim olunur. Bundan əlavə, 1000-dən çox müxtəlif janrda film və serialdan ibarət VoD kataloqu izləyicilərə premium məzmuna çıxış imkanı yaradır. “CityNet TV”də “Digiturk”lə yanaşı, “BluTV”, “Setanta Sports”, “Dizi Channel”, “FilmBox” kimi kanallara baxmaq mümkündür. Bundan əlavə, istifadəçilər platforma üzərindən “YouTube”, “Netflix”, “Amazon Prime”, “Spotify” kimi məşhur tətbiqlərə də rahatlıqla daxil ola bilərlər.
“CityNet” haqqında
Azərbaycanın aparıcı internet provayderi olan “CityNet” (ticarət nişanı “Uninet” MMC-yə məxsusdur) yüksəksürətli sabit internet, telefon xətti və rəqəmsal TV xidmətləri təqdim edir. “CityNet” Bakı şəhəri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində geniş xidmət şəbəkəsinə malikdir. Şirkət barədə daha ətraflı məlumatı www.citynet.az saytından əldə etmək olar. “Uninet” MMC müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən “NEQSOL Holding”in tərkibində olan “Azerconnect Group”a daxildir.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
-
2 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
2 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
2 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü



















.jpg)




