Şəki üçün Avropa bankından 90 milyon avroya yaxın borc alına bilər
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Şəki şəhərində və ətraf kəndlərdə su təchizatı, kanalizasiya və yağış sularının axıdılması şəbəkələrinin, həmçinin çirkab suların təmizlənməsi stansiyasında bioloji təmizləyici qurğuların tikintisi üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) 89 milyon avro məbləğində kredit verilməsi imkanını araşdırır.
Bu barədə EBRD-yə istinadən xəbər verilir.
Layihə Şəki və qonşu yaşayış məntəqələrində - Oxud, Kiş və Qoxmuqda etibarlı su təchizatı və tullantı su şəbəkəsini təmin edən müasir və davamlı infrastrukturun yaradılmasına, həmçinin daşqınlardan müdafiə üçün yağış suları sistemlərinin genişləndirilməsinə yönəlib.
"Layihənin təmizlənməmiş çirkab sularından yaranan çirklənməni və emissiyaları azaltmaq, səth sularının keyfiyyətini yaxşılaşdırmaq və iqlim risklərinə qarşı dayanıqlığı artırmaqla ətraf mühitə əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcəyi gözlənilir", - bankın məlumatında qeyd olunur.
Bu layihənin həyata keçirilməsi "yaşıl keçid"in təşviqində mühüm addım olacaq, çünki su itkisini azaltmağa, enerji səmərəliliyini artırmağa və çirkab sularının lazımi şəkildə təmizlənməsini təmin etməyə imkan verəcək.
Bundan əlavə, təşəbbüs "inklüziv keçid" komponenti - su sektorunun mütəxəssisləri üçün təlim və ixtisasartırma proqramının hazırlanmasını əhatə edir.
Layihənin ümumi dəyəri 93 milyon avro qiymətləndirilir. Bunun da 4 milyon avroyadək hissəsinin investisiya qrantı şəklində cəlb edilməsi planlaşdırılır. EBRD-nin Direktorlar Şurasında kreditin təsdiqlənməsi məsələsinə baxılması 2026-cı il fevralın 11-nə planlaşdırılır.
Bu il sentyabrın 30-na EBRD-nin Azərbaycandakı cari kredit portfelinin dəyəri 948 milyon avro qiymətləndirilir. EBRD-nin məlumatına əsasən, cari portfelin əsas hissəsi – 89 %-i və yaxud 842 milyon avrosu davamlı infrastrukturun inkişafına, 6 %-i və yaxud 56 milyon avrosu maliyyə institutlarına, 5 %-i və yaxud 49 milyon avrosu isə korporativ sektora yönəldilib.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 saat sonra
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
-
1 saat əvvəl
ARDNF-nin rəhbər heyətinin Səudiyyə Ərəbistanına işgüzar səfəri baş tutub
-
-
2 saat əvvəl
Dövlət Agentliyində Coca-Cola ilə görüş - NƏLƏR MÜZAKİRƏ EDİLİB?
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azneft" hava şəraitinin dəyişməsi ilə bağlı görülən təhlükəsizlik tədbirlərilə bağlı məlumat yayıdı
- 3 saat əvvəl
-
3 saat əvvəl
Elton Məmmədova rəsmi xəbərdarlıq edildi: Əsassız xərclənmiş 3 milyon manat büdcəyə ödətdirilib
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın xarici və daxili dövlət borcunun məbləği açıqlandı - YENİ RƏQƏMLƏR
Son Xəbərlər
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
Dövlət Agentliyində Coca-Cola ilə görüş - NƏLƏR MÜZAKİRƏ EDİLİB?
AFB Bankdan “Yüksək Qazanclı Əmanət” – illik 12% gəlir!
Mercedes-Benz-in satışı azalıb, xalis mənfəəti 2 dəfə düşüb
Elton Məmmədova rəsmi xəbərdarlıq edildi: Əsassız xərclənmiş 3 milyon manat büdcəyə ödətdirilib
"Azərbaycan Fintex Assosiasiyası"na yeni sədr təyin edilib
"Şirkətimiz 100 milyondan artıq kredit cəlb etməklə təsis olunub, 1 filial icarə ilə bağlı problemlər səbəbindən fəaliyyətini dayandırıb"
AZAL-ın bu il Gürcüstana daşıdığı sərnişinlərin sayı məlum olub
m10 ilə Binance əməliyyatları – manatla, təhlükəsiz, vasitəçisiz!
Azərbaycan və Türkiyə avtomobil nömrələrini qarşılıqlı tanıyacaq



















.jpg)



