Hər gün bahalaşır - Qiyməti 4400 dollara yaxınlaşdı
ABŞ-ın regional bankalarında zəiflik əlamətlərinin artması, qlobal ticarət gərginlikləri və əlavə faiz endirimlərinə dair gözləntilər investorları təhlükəsiz liman hesab edilən qiymətli metala yönəldib.
Marja.az xəbər verir ki, qızılın qiyməti cümə günü bir unsiya üçün 4300 dolları aşaraq yeni tarixi zirvəyə çatıb.
Bakı vaxtı ilə saat 06:33-ə olan məlumata görə, spot qızıl 0,3% bahalaşaraq bir unsiyası 4336,18 dollar səviyyəsində ticarət olunub. Günün əvvəlində qiymət 4378,69 dollara çataraq bütün zamanların rekordunu yeniləmişdi.
Qızıl bu həftə indiyədək təxminən 8% dəyər qazanıb ki, bu da 2020-ci ilin mart ayından bəri ən yaxşı həftəlik göstərici sayılır. Demək olar ki, hər ticarət sessiyasında yeni rekord səviyyə qeydə alınan qızıl güclü artım tempini davam etdirir.
Bununla yanaşı, gümüş 0,7% ucuzlaşaraq bir unsiya üçün 53,86 dollar olub, lakin metalın həftəlik artım trendi davam etməkdədir.
KCM Trade şirkətinin baş analitiki bildirib ki, “qızıl üçün 4500 dollar səviyyəsi gözləniləndən daha erkən reallaşa bilər, lakin bu, əsasən ABŞ-Çin ticarət münasibətlərinə dair narahatlıqların və ABŞ hökumətinin potensial bağlanmasının bazarlara təsirinin müddətindən asılı olacaq.”
Digər tərəfdən, Çin ABŞ-ı nadir torpaq elementləri üzərində tətbiq etdiyi nəzarətlərə görə panika yaratmaqda ittiham edib və ihracat məhdudiyyətlərini aradan qaldırmaq çağırışlarını rədd edib.
Eyni zamanda, ABŞ Federal Ehtiyat Sisteminin idarə heyətinin üzvü Kristofer Waller, əmək bazarındakı zəifləmə səbəbindən daha bir faiz endiriminin zəruri olduğunu dəstəklədiyini açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 3 saat əvvəl
-
4 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
5 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti















.jpg)









.jpg)



