Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

BOKT “Embafinans”xalis mənfəətinin azalmasına aydınlıq gətirdi

BOKT “Embafinans”: "Maliyyə sabitliyini gücləndirimək və riskləri qabaqlamaq məqsədilə qərar qəbul edilib"
iç səhifə xəbər başlığı altı (mobil)_31
BOKT “Embafinans”xalis mənfəətinin azalmasına aydınlıq gətirdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

BOKT “Embafinans” Qapalı Səhmdar Cəmiyyəti 2025-ci ilin birinci yarısına dair maliyyə nəticələrinə, o cümlədən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi məqsədilə xüsusi ehtiyat ayırmalarının artırılması və bununla əlaqədar olaraq xalis mənfəətin azalması məsələsinə münasibət bildirib. 

Şirkətdən Marja.az-a verilən məlumata görə, hesabat dövründə xalis mənfəətin əvvəlki ilin eyni dövrü ilə müqayisədə müəyyən qədər azalması, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi məqsədilə xüsusi ehtiyat ayırmalarının artırılması ilə əlaqədardır. Bu qərar, şirkətin risklərin idarə edilməsi siyasətinə uyğun olaraq, potensial kredit risklərinin qabaqlayıcı şəkildə qarşılanması və gələcək dövrlərdə maliyyə dayanıqlığının təmin edilməsi məqsədilə qəbul edilmişdir.

Reklam_3_11

Qeyd edilib ki, bununla yanaşı, BOKT “Embafinans” QSC-nin 2025-ci ilin ilk altı ayı ərzində əməliyyat gəlirləri artım dinamikasını davam etdirmişdir. Belə ki, faiz gəlirləri 28,5%, qeyri-faiz gəlirləri isə 55% artmışdır. Bu, şirkətin əməliyyat fəaliyyətinin effektivliyinin və bazar mövqelərinin gücləndiyinin göstəricisidir.

"Xalis mənfəətin ötən ilin eyni dövrü ilə müqayisədə azalması şirkətin aktivlər üzrə mümkün zərərlərin ödənilməsi məqsədilə xüsusi ehtiyat ayırmalarının artırılması ilə bağlıdır. Bu addım maliyyə sabitliyinin gücləndirilməsi və risklərin qabaqlayıcı şəkildə idarə olunması məqsədilə atılmışdır",- məlumatda deyilir.

BOKT “Embafinans” QSC fəaliyyətində şəffaflıq, qanunvericiliyə riayət, risklərin effektiv idarə olunması və müştəri maraqlarının qorunması prinsiplərinə sadiq qalır. Şirkət bundan sonra da dayanıqlı inkişafı və maliyyə sektorunda etibarlı tərəfdaş statusunu qorumaq istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

BOKT Embafinans Qapalı Səhmdar Cəmiyyəti 2025-ci ilin maliyyə nəticələri xalis mənfəət aktivlər üzrə zərərlər xüsusi ehtiyat ayırmaları risklərin idarə olunması kredit riski əməliyyat gəlirləri faiz gəlirləri qeyri-faiz gəlirləri əməliyyat effektivliyi bazar mövqeləri maliyyə sabitliyi şəffaflıq qanunvericiliyə riayət müştəri maraqları dayanıqlı inkişaf maliyyə sektoru etibarlı tərəfdaş maliyyə dayanıqlığı
08.10.2025 11:36

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18