Dünyada mal əti qiymətləri 1960-cı ildən bəri rekord səviyyəyə çatıb
Dünya Bankının məlumatlarına istinadən xəbər verir ki, 1 kiloqram mal ətinin qiyməti 6,9 dollara çatıb ki, bu da 1960-cı ildən bəri maksimum səviyyədir. Bunun bir neçə səbəbi var: inflyasiya, dünya bazarlarında təklifin azalması və ABŞ və Çin istehlakçılarının tələbinin artması.Dünyada mal əti qiymətləri 1960-cı ildən bəri ən yüksək səviyyəyə çatıb, günəbaxan yağı isə 2022-ci ildən bəri ən yüksək qiymətini görüb.
Marja.az xəbər verir ki, bu barədə Dünya Bankının məlumatlarının təhlilindən məlum olub.
Məlumata görə, mal ətinin dünya üzrə qiyməti bir kiloqram üçün 6,9 ABŞ dollarına çataraq 1960-cı ildən bəri rekord həddə yüksəlib. Bu, ötən ayla müqayisədə 0,6%, ötən illə müqayisədə isə təxminən 10% artım deməkdir.
Qiymət artımını bir neçə amillə izah edilir: Qlobal inflyasiya, Mal ətinin istehsal dövrünün uzun olması, ABŞ və Çindən artan tələbat, süd məhsullarının bahalaşması fonunda inək sayının azalması.
Bundan əlavə, yemlərin qiymətinin artması və quraqlıqlar səbəbindən otlaq sahələrinin azalması da qiymətləri yüksəldən əsas faktorlar sırasındadır. Məsələn, ABŞ-da inəklərin sayı 1951-ci ildən bəri minimum səviyyəyə düşüb.
Günəbaxan yağı 3 ilin maksimumunu görüb
Sentyabr ayında günəbaxan yağı qiyməti 1 ton üçün 1312 ABŞ dollarına yüksələrək son üç ilin maksimum səviyyəsinə çatıb. Qiymət artımına əsas səbəb Ukraynadan ixracın azalması olub - ölkədə istehsal 20%-dən çox düşüb.
Avqust ayında Ukraynadan günəbaxan yağı ixracı cəmi 161 min ton təşkil edib ki, bu da son illərin avqust ayı üçün ən aşağı göstəricisidir.
2024–2025-ci illər ərzində Ukraynadan ümumi ixrac həcmi 4,65 milyon ton olub. Halbuki, ötən mövsümdə bu göstərici 6,03 milyon ton təşkil edirdi. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, heç bir ölkə günəbaxan yağı ixracında Ukrayna qədər kəskin azalma yaşamayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 3 saat əvvəl
-
4 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
5 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti






















.jpg)







