Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Unibank”da bizneslər üçün alternativ maliyyələşmə imkanları müzakirə edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Unibank”da bizneslər üçün alternativ maliyyələşmə imkanları müzakirə edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) təşkilatçılığı ilə AHK Azərbaycan Maliyyə Xidmətləri İşçi Qrupunun növbəti görüşü Unibank KB ASC-nin Baş ofisində keçirilib. Görüşün budəfəki mövzusu “Bizneslər üçün alternativ maliyyələşmə: Kapital bazarlarının hansı üstünlükləri var?” olub.

Tədbirin moderatoru, Unibank KB ASC-nin Baş Biznes İnzibatçısı və AHK Azərbaycan Maliyyə Xidmətləri İşçi Qrupunun sədri İlkin Quliyev mövzunun ölkə biznes mühiti üçün aktuallığını vurğulayıb. O bildirib ki, alternativ maliyyələşmə alətləri yerli şirkətlər üçün maliyyə dayanıqlılığının artırılmasına, bizneslərin inkişafı və yeni investisiya imkanlarının yaradılmasına mühüm töhfə verir.

Görüş çərçivəsində Bakı Fond Birjasının Baş Listinq məsləhətçisi Fərhad Mənsurov Azərbaycanda mütəşəkkil kapital bazarı, investisiya imkanları və yerli bazar alətləri barədə təqdimatla çıxış edib. Daha sonra İlkin Quliyev və Fərhad Mənsurov birgə müzakirədə bizneslərin ənənəvi maliyyələşmə vasitələri ilə kapital bazarları üzərindən maliyyələşmə imkanlarını müqayisə edərək hər bir modelin üstünlüklərinə diqqət çəkiblər.

Görüşdə, həmçinin, bazar şəffaflığının artırılması, investor inamının gücləndirilməsi və tənzimləyici islahatların davam etdirilməsinin əhəmiyyəti xüsusi qeyd olunub.

Unibank kapital bazarlarının inkişafına dəstək verməklə, bizneslərin maliyyələşmə alternativlərini genişləndirməyi, şirkətlərin daha rəqabətədavamlı və dayanıqlı böyüməsinə şərait yaratmağı hədəfləyir.

24.09.2025 12:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18