Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi
Müştərilər investisiya hesabı açaraq Bakı Fond Birjası tərəfindən daxili bazar üçün təqdim olunan qiymətli kağızların alqı-satqısını həyata keçirə və invesitiya portfellərini mobil tətbiq üzərindən rahatlıqla idarə edə bilərlər.(®) Xalq Bank XalqOnline mobil və internet bankçılıq sistemində investisiya xidmətini müştərilər üçün əlçatan edib.
Artıq XalqOnline istifadəçiləri olan fiziki və hüquqi şəxslər mobil tətbiq vasitəsilə investisiya imkanlarından yararlanmaqla maliyyə bazarlarına rahat və sərfəli çıxış əldə edəcəklər.
Xidmətdən yararlanmaqla müştərilər investisiya hesabı açaraq Bakı Fond Birjası tərəfindən daxili bazar üçün təqdim olunan qiymətli kağızların alqı-satqısını həyata keçirə və invesitiya portfellərini mobil tətbiq üzərindən rahatlıqla idarə edə bilərlər.
Çevik idarəetmə paneli ilə istifadəçi ilkin və təkrar bazarda satılan qiymətli kağızlar və məlumatları ilə tanış olub alışı icra edə bilir. Eyni zamanda istifadəçi müvafiq bölmədə öz mövcud qiymətli kağız portfelini izləyərək istədiyi qiymətli kağızları satmaq üçün əməliyyatı reallaşdıra bilər.
XalqOnline vasitəsilə investisiya xidməti ilə aşağıdakı üstünlükləri təqdim edir:
Rəqəmsal və asan qeydiyyat prosesi - istifadəçilər XalqOnline tətbiqinə daxil olmaqla rahatlıqla qeydiyyatdan keçə və investisiya hesabı aça bilərlər.
Real vaxt rejimi – istifadəçilər bazardakı qiymət təkliflərini real vaxtda izləyərək əməliyyatları dərhal icra edə bilərlər.
Etibarlı və təhlükəsiz əməliyyat mühiti - XalqOnline tətbiqində ən yüksək təhlükəsizlik tədbirləri təmin edilir və müştərilərin maliyyə məlumatları və əməliyyatları tam şəkildə qorunur.
Tam inteqrasiya olunmuş investisiya platforması - bütün əməliyyatlar bir platforma üzərindən idarə olunur. Bu, istifadəçilərə investisiya, alqı-satqı və portfel idarəetməsini asanlıqla reallaşdırmağa imkan verir.
Müasir və funksional XalqOnline mobil tətbiqi hər kəs üçün əlçatandır — tətbiqi “App Store”, və ya “Google Play” platformalarından yükləmək mümkündür.
Xatırladaq ki, Xalq Bank Azərbaycan Respublikasının Mərkəzi Bankının 7 may 2025-ci il tarixli İXB-01 saylı Lisenziyasına əsasən, ölkədə investisiya xidmətlərinin həyata keçirilməsinə icazə verilən ilk bankdır.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 20 d. əvvəl
-
- 27 d. əvvəl
- 56 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
2 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
2 saat əvvəl
"Əminəm ki, biz, həmçinin Azərbaycana çox məhsullar təqdim edə bilərik"
-
12 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaponya iqtisadiyyatı cüzi artıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

























