Bu şirkət 6 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən azad edilir
Bakı Gəmiqayırma Zavodu üçün güzəşt və azadolmaların müddəti artırılır. Zavod tərəfindən sifarişçilərə təqdim olunmuş və inşası hazırda davam edən tikinti layihələri üzrə qiymətlərin mövcud güzəşt və azadolmalar əsas götürülməklə tərtib olunduğunu və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sənaye parkının rezidenti kimi Zavoda verilən güzəşt və azadolmaların müddətinin başa çatmaq üzrə olduğunu nəzərə alaraq, sözügedən müddətin 2030-cu ilədək uzadılmasına zərurət yaranıb. Layihənin qüvvəyə minəcəyi təqdirdə Qaradağ Sənaye Parkının gəmiqayırma fəaliyyəti ilə məşğul olan rezidentinə münasibətdə Vergi Məcəlləsi ilə tətbiq olunan güzəşt və azadolmaların (mənfəət, əmlak və torpaq vergisindən azadolma) müddəti yeni maddələr ilə tənzimlənəcək və 6 il müddəti (2030-cu ilin 31 dekabr tarixinədək) əhatə edəcək.İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Qaradağ Sənaye Parkının rezidenti "Bakı Gəmirqayırma Zavodu" MMC daha 6 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən azad edilir.
Bu, Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
İclasda bildirilib ki, "Bakı Gəmiqayırma Zavodu" Xəzər regionunda ən böyük sənaye müəssisələrindən biridir və Azərbaycanın dəniz donanmasının müasirləşdirilməsinə müsbət töhfəsini verməkdədir. Zavod gəmilərin, dəniz və su nəqliyyatı vasitələrinin tikintisi, təmiri, təyinatının dəyişdirilməsi istiqamətində fəaliyyət göstərir və ölkəmizin gəmiçilik sahəsində idxaldan asılılığının azaldılması, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, həmçinin ixrac potensialının gücləndirilməsi baxımından böyük və strateji əhəmiyyətə malikdir.
Zavodun sifarişçilərə təqdim etdiyi və inşası hazırda davam edən tikinti layihələri üzrə qiymətlərin mövcud güzəşt və azadolmalar əsas götürülməklə tərtib olunduğunu və Vergi Məcəlləsinə əsasən sənaye parkının rezidenti kimi Zavoda verilən güzəşt və azadolmaların müddətinin başa çatmaq üzrə olduğunu nəzərə alaraq, sözügedən müddətin 2030-cu ilə qədər uzadılmasına zərurət yaranıb. Sənaye parkının rezidentlərinə verilən güzəştlərin müddətinin uzadılması praktikası olmadığından layihədə Zavoda verilən güzəştlərin müddətinin artırılması üçün Vergi Məcəlləsinin müvafiq bölmələrinə mənfəət, əmlak və torpaq vergilərindən azadolmaları ehtiva edən yeni maddələrin əlavə edilməsi nəzərdə tutulub.
Layihənin qüvvəyə minəcəyi təqdirdə Qaradağ Sənaye Parkının gəmiqayırma fəaliyyəti ilə məşğul olan rezidentinə münasibətdə Vergi Məcəlləsi ilə tətbiq olunan güzəşt və azadolmaların (mənfəət, əmlak və torpaq vergisindən azadolma) müddəti yeni maddələr ilə tənzimlənəcək və 6 il müddəti (2030-cu ilin 31 dekabr tarixinə qədər) əhatə edəcək. Eyni zamanda Qaradağ Sənaye Parkının gəmiqayırma fəaliyyəti ilə məşğul olan rezidenti olaraq Zavodun fəaliyyəti üçün malların idxalına tətbiq olunan gömrük rüsumunun ödənilməsindən azadolma müddəti "Gömrük tarifi haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən uzadılacaq.
Vurğulanıb ki, Qanun layihəsi gəmiqayırma sənayesinin uzunmüddətli inkişafının dəstəklənməsinə, iqtisadi fəallığın artırılmasına, bu sahədə idxaldan asılılığın azaldılmasına, xidmətlərin ixracı potensialının genişləndirilməsinə xidmət edəcək.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda ilk Korporativ Travel & Expense kartı təqdim edildi - Şirkətlər üçün yeni imkanlar
-
3 saat əvvəl
“Nağd pul ofisi”nin fəaliyyəti dayandırılır, xidməti ABB və Kapital Bank göstərəcək
-
3 saat əvvəl
Yeni şərtlər, yeni alətlər: UForex-də spredlər yarıya endirildi
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir
Azərbaycanda ilk Korporativ Travel & Expense kartı təqdim edildi - Şirkətlər üçün yeni imkanlar
“Nağd pul ofisi”nin fəaliyyəti dayandırılır, xidməti ABB və Kapital Bank göstərəcək
Yeni şərtlər, yeni alətlər: UForex-də spredlər yarıya endirildi
Yaponya iqtisadiyyatı cüzi artıb
Azərbaycan şirkətlərinin iştirakı ilə Avropa ölkəsində 500 meqavatlıq elektrik enerjisi stansiyası tikiləcək
Qlobal elektromobil satışı yanvarda azalıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Rəsmi məzənnələr açıqlandı




















