Bank Respublika Ağdamda ilk dəfə məktəbə gedəcək birinciləri sevindirdi
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindiribÖlkənin aparıcı banklarından biri olan Bank Respublika uzun illərdir həyata keçirdiyi sosial təşəbbüslərlə ölkənin ictimai həyatında fəal rol oynayır.
44 günlük Vətən müharibəsindən sonra Bank Respublika tərəfindən prioritet istiqamət kimi şəhid ailələrinə və eləcə də müharibə iştirakçılarına dəstək göstərmək, həmçinin Qarabağ bölgəsində sosial və humanitar layihələr icra etmək seçilib.
Bu məqsədlə bank əməkdaşları yeni tədris ilinin başlanması ərəfəsində Ağdam rayonunun Xıdırlı və Kəngərli kənd məktəblərinə səfər edərək birinci sinfə qədəm qoyan balaca fidanları sevindiriblər.
Bankın nümayəndələri uşaqlara müxtəlif tədris ləvazimatları ilə dolu məktəb çantaları hədiyyə edərək onların sevincinə şərik olublar. Bankın əməkdaşları uşaqlara yeni biliklər qazanmağı, gələcəkdə peşəkar və vətənpərvər mütəxəssislər kimi yetişməyi arzulayıblar.
Bankdan verilən məlumata əsasan, Bank ölkədə təhsilə və cəmiyyətin rifahına töhfə verəcək belə təşəbbüslərin gələcəkdə də davam etdirəcək.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 23 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















