Azərbaycanda hər 100 ailəyə 65 şəxsi minik avtomobili düşür
Ötən il Azərbaycanda avtomobilərin sayı 95 min ədədə yaxın artaraq 1,8 milyon ədədi keçib.2024-cü ildə Azərbaycanda dövlət qeydiyyatında olan nəqliyyat vasitələrinin (avtomobillər, motosikillər, qoşqu və yarımqoşqular) sayı 99 min 328 ədəd artaraq 31 dekabr 2024-cü il tarixində 1 milyon 873 min 405 ədəd təşkil edib.
Marja.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, o cümlədən avtomobillərin sayı 94 min 934 ədəd artaraq 1 milyon 833 min 874 ədədə, motosillərin sayı 2 min 90 ədəd artaraq 10 min 822 ədədə, qoşqu və yarımqoşquların sayı 2 min 304 ədəd artaraq 28 min 709 ədəd çatıb.
Ötən il minik avtomobillərinin sayı 83 min 308 ədəd artaraq 1 milyon 585 min 265 ədədə yüksəlib.
2024-cü ilin sonunda Azərbaycanda hər 1000 nəfərə 179 ədəd avtomobil (2023-cü ilin sonunda 171 ədəd), hər 1000 nəfərə 155 ədəd minik avtomobili (2023-cü ilin sonunda 148 ədəd), hər 100 ev təsərrüfatına 65 ədəd şəxsi minik avtomobili (2023-cü ildə 62 ədəd) düşüb.
Qeyd edək ki, qərb ölkələrində hər 100 ailəyə düşən avtomobillərin sayı 100 ədəddən çoxdur. Məsələn, Böyük Britaniyada hər 100 ailəyə təxminən 123 avtomobil düşür.
Avropa Birliyi ölkələrində orta hesabla hər 100 ailəyə 127 ədəd şəxsi minik avtomobili düşür.
Avropa ölkələrində hər 1000 nəfərə düşən şəxsi minik avtomobillərinin sayı:
Lüksemburq — 698 ədəd,
İtaliya — 684 ədəd,
Finlandiya — 661 ədəd,
Niderland — 487 ədəd,
Rumıniya (ən aşağılardan biri) — 396 /ədəd,
Avropa Birliyi üzrə orta göstərici —567 ədəd.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 6 d. əvvəl
-
-
37 d. əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 saat əvvəl
-
3 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
3 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti






















.jpg)




.jpg)



