Azərbaycanda qızıl bahalaşmağa başlayıb
ABŞ və Şimali Koreya arasındakı gərginlik və Dolların ucuzlaşması ilə əlaqədar olaraq qlobal bazarlarda qızıl bahalaşıb. Bu gün səhər Şimali Koreya növbəti raket buraxdıqdan sonra qızılın unsiyasının (31,1 qram) qiyməti 1334 dollaradək qalxıb.
“Marja” xəbər verir ki, dünya bazarlarında qızılın bahalaşması ilə əlaqədar olaraq Azərbaycanda da qızılın alış və satış qiymətləri qalxır.
“Marja”nın qızıl ticarətçilərindən əldə etdiyi məlumata görə, yayın ortalarında 583 və 585 əyarlı “lom” qızıl 38,5-39,5 manata, 750 əyar qızıl isə 49-50 manata alınlırdı. Son bir ay ərzində qızılın alış qiymətində təxminən 1-1,50 manat artım olub. Hazırda 583 və 585 əyarlı “lom” qızıl 40-40,5 manata, 750 əyarlı qızıl isə 50,5-51 manata alınır.
Satıcılar qeyd edir ki, bir müddət öncə dünya bazarında qızılın unsiyası 1341 dollara qalxan zaman qızılın alış qiymətində 2,5 manatadək bahalaşma olmuşdu. Sonradan dünya bazarında qızıl bir qədər düşdüyündən Azərbaycanda da alış qiyməti təximinən 1 manat gerilədi.
Zinət əşyası şəkilində qızılın satış qiyməti isə 583 və 585 əyarlı üçün minimum 55 manat, 750 əyarlı üçün isə minimum 65 manat təşkil edir.
Analitiklər dünya bazarlarında qızılın unsiyasının 1400 dollaradək bahalaşcağın gözləyirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























