FED-in İdarə Heyətinin üzvü Trampı məhkəməyə verdi
ABŞ Federal Ehtiyat Sistemi (FES və ya FED) İdarə Heyətinin üzvü Liza Kuk prezident Donald Trampı onu vəzifədən kənarlaşdırmaq cəhdinə görə məhkəməyə verib.
Marja xəbər verir ki, iddiada Kuk hakimdən Trampın onu vəzifədən azad etmək cəhdini qanunsuz elan etməsini və özünün FES-in fəaliyyət göstərən üzvü kimi qalmasını tanımasını xahiş edir. Bu məhkəmə çəkişməsi həm FES-in gələcək fəaliyyəti, həm də prezidentin səlahiyyətləri üçün ciddi nəticələrə səbəb ola bilər.
Xatırladaq ki, Tramp daha əvvəl Kuka məktub göndərərək onun vəzifədən uzaqlaşdırılmasını 1913-cü il Federal Ehtiyat Qanununun II maddəsi ilə əsaslandırmışdı. Məktubda göstərilirdi ki, prezident “xüsusi səbəb” olduqda idarə heyəti üzvünü öz qərarı ilə vəzifədən kənarlaşdıra bilər. Trampın iddiasına görə, Kuk ipoteka ilə bağlı bir və ya bir neçə müqavilədə yanlış məlumat təqdim edib.
Buna cavab olaraq, FES-in idarə heyəti üzvü ittihamları rədd edib və öz vəzifəsində qalacağını bildirib: “Onun belə səlahiyyəti yoxdur”, – deyə Kuk jurnalistlərə açıqlamasında vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 8 saat sonra
- 17 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti






















