Hindistan ABŞ-ın təzyiqlərinə baxmayaraq, Rusiyadan neft idxalını artıracaq
"Rusiya Hindistan üçün əsas neft təchizatçısı olaraq qalacaq. Bu vəziyyət yalnız Nyu-Dehlinin aydın siyasi göstəriş verməsi və ya ticarət iqtisadiyyatında əhəmiyyətli dəyişikliklərin baş verməsi ilə dəyişə bilər. Hindistanın Rusiyadan neft idxalını dayandırması qlobal neft təchizatını gündəlik təxminən bir milyon barel azalda və bunun nəticəsində dünya bazarında qısa müddətli qiymət sıçrayışı baş verə bilər; barrel neftin qiyməti isə 100 ABŞ dollarına qədər yüksələr.
Hindistan sentyabr ayında ABŞ administrasiyasının təzyiqlərinə baxmayaraq, Rusiyadan neft idxalını 10–20% artırmağı planlaşdırır.
Marja xəbər verir ki, bu barədə Reuters agentliyi mənbələrə istinadla məlumat yayıb.
Hindistan sentyabr ayında Rusiyadan neft alışını gündəlik 150–300 min barel artırmağı nəərdə tutur. Ukrayna dronlarının hücumları nəticəsində zərər görmüş neft emalı zavodlarının dayanması səbəbindən Rusiyada xam neftin qiymətləri endirilir.
Kpler şirkətinin aparıcı analitiki Sumit Ritoli hesab edir ki, Rusiyanın Hindistan üçün əsas neft tədarükçüsü mövqeyi davam edəcək. Onun sözlərinə görə, yalnız Yeni Dehli açıq siyasi göstəriş verərsə və ya ticarət iqtisadiyyatında əhəmiyyətli dəyişikliklər baş verərsə, vəziyyət dəyişə bilər.
CLSA broker şirkəti bildirir ki, Hindistanın Rusiyadan xam neft alışını dayandırması qlobal neft təchizatını təxminən gündəlik 1 milyon barel azalda bilər. Bundan əlavə, bu, qısa müddətli dünya bazarında qiymət artımına səbəb ola bilər və bir barel neftin qiyməti 100 ABŞ dollarına qədər yüksələ bilər.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
"Kristal" "City Garden Narimanov"da yenidən daxili krediti aktivləşdirdi!
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Türkiyə Lirəsi ardıcıl 4-cü gündür ucuzlaşır - DOLLAR/TL YENİ ƏN YÜKSƏK SƏVİYYƏSİNƏ ÇATIB
Son Xəbərlər

Həyəcan zirvədə - 2-ci avtomobil sahibinə təhvil verildi!

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma

“PAŞA Bank” digər banklarda depozitlərini kəskin artırıb

LC Waikiki-nin sədri: "Çətin bir dövrdən keçirik"

"Kapital Bank"ın cəmi kredit portfeli 5 milyard manatı aşıb

Milyarder Cef Bezosdan 2045 proqnozu
Ən çox oxunanlar

Sabah Bakıda bal yarmarkası fəaliyyətə başlayır

Türkiyə Lirəsi ardıcıl 4-cü gündür ucuzlaşır - DOLLAR/TL YENİ ƏN YÜKSƏK SƏVİYYƏSİNƏ ÇATIB

Avrozonada inflyasiya hədəfin üzərinə yüksəlib

"Azəristiliktəchizat" Asiya İnkişaf Bankı ilə gələcək inkişaf strategiyası hazırlayır

BOKT 16 faizlə borc alır - HƏRRAC TARİXİ

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlanır

Türkiyənin tekstil və geyim sektorunda 316 min nəfər işdən çıxarılıb

Qırmızı Ürəklər Fondu və Cüdo Federasiyası əməkdaşlığa başladı
