Bank Auditor vəzifəsinə işə qəbul elan edir
Bank “BTB” ASC Daxili Audit departamenti, Auditor vəzifəsinə işə qəbul elan edir.
2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Daxili Audit departamentinin Auditoru
İş barədə məlumat:
·İllik Audit planına və plandan kənar qrafikə əsasən Bankın struktur bölmələrində auditin həyata keçirilməsi;
·Yoxlama zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair tədbirlərin tərtib edilməsi, səmərəli təkliflərin verilməsi;
·Audit tövsiyyələrinin icra səviyyəsinin yoxlanılması;
·Aparılmış audit yoxlamalarına dair hesabat və rəylərin hazırlanması;
· Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi və lazımi qaydada hesabatların verilməsi
Namizədə tələblər:
·Ali təhsil (İqtisadi/Hüquqi);
·Maliyyə, əməliyyat və kredit sahəsinə dair biliklər və müvafiq sahə üzrə Bank təcrübəsi;
·Bank Qanunvericiliyinə dair ümumi biliklər;
·Analitik təfəkkür, problemli situasiyaların analiz edilməsi, risklərin müəyyənləşdirilməsi qabiliyyəti;
·Yeni məlumatları qəbul və icra edə bilmə;
·Komandada işləmək və kommunikasiya bacarığı;
·Özünütənqid, işində intizamlı, stressə davamlı və inkişafa meyilli;
·Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
·İT, MS Office proqramlarında keyfiyyətli işləmək biliyi;
·Ezamiyyət etmək imkanı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (Azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Auditor) göstərməyiniz xahiş olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 gün sonra
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
-
33 d. əvvəl
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
-
-
1 saat əvvəl
Macarıstanda Peter Magyarın qələbə qazanacağı proqnozlaşdırılır - Forint bahalaşır
-
1 saat əvvəl
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
-
3 saat əvvəl
Britaniyanın Baş naziri və Tramp Hörmüz boğazı üçün hərbi variantları müzakirə edib
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır - MÜSAHİBƏ
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
İnvestisiya Şirkətinin Müşahidə Şurasının sədri dəyişib
ʺBank Melli İranʺ Bakı filialının xalis mənfəəti azalıb
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Ən çox oxunanlar
Britaniyanın Baş naziri və Tramp Hörmüz boğazı üçün hərbi variantları müzakirə edib
“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır - MÜSAHİBƏ
Aprelin 11-də gözlənilən hava şəraiti
Lufthansa-da tətil 500-dən çox uçuşun ləğvinə səbəb olacaq






















