Vestel çökür - Rekord zərər açıqlayıb, 3400-dən çox işçini ixtisar edib
Türkiyənin böyük elektronika və məişət texnikası istehsalçılarından biri olan Vestel, 2025-ci ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Şirkət, ilin ilk 6 ayında rekord həcmdə zərər elan edib və minlərlə işçini ixtisar edib.
Milyardlarla lirəlik zərər
Marja xəbər verir ki, "Vestel Elektronik" bu ilin ilk yarısında 13,3 milyard Türkiyə Lirəsi (TL) xalis zərər açıqlayıb. Bu rəqəm şirkətin mövcud bazar dəyərinə (13,34 milyard TL) demək olar ki, bərabərdir. Ötən ilin eyni dövründə şirkətin zərəri 1,28 milyard TL idi.
Satışlar ilk 6 ayda 16% azalaraq 68 milyard TL-yə enib, Şirkətin törəməsi olan "Vestel Beyaz Eşya" da ilk yarımildə 2,87 milyard TL zərər açıqlayıb.
6 ayda 3 mindən çox ixtisar
Maliyyə vəziyyətinin pisləşməsi kadr siyasətinə də təsir edib. Son 6 ayda "Vestel Elektronik"də 2 min 561 nəfər, "Vestel Beyaz Eşya"da isə 854 nəfər olmaqla ümumilikdə 3 min 416 əməkdaşın işinə son verilib.
İstehsal və bazar performansında geriləmə
Şirkətin istehsal göstəriciləri də ciddi şəkildə azalıb. Vestel Elektronik-in istehsal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 35% aşağı düşüb.
Maliyyə çətinlikləri şirkətin bazar performansına da təsir göstərib. Vestel-in səhmləri ilin əvvəlindən bəri 46% dəyər itirərək BIST-100 indeksində ən zəif nəticə göstərən kağızlar sırasında yer alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 d. əvvəl
Regionun ən iri Batareya Saxlanc Sistemlərinin gətirilərək qurulmasına başlanıldı
-
21 d. əvvəl
Qızılda 2026 ssenariləri: İri banklar ən azı 7 faiz artım gözləyir
-
-
28 d. əvvəl
Qazaxıstan BTC üzrə neft tədarükünü 2,2 milyon tona çatdırmağı planlaşdırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 4 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qızılda 2026 ssenariləri: İri banklar ən azı 7 faiz artım gözləyir
Rəsmi məzənnələr açıqlandı
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Ən çox oxunanlar
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc

























