Tramp, FED-in İdarə Heyətinin üzvünü vəzifəsindən azad etdi, Dollar ucuzlaşdı
ABŞ Prezidenti Donald Tramp, ABŞ Mərkəzi Bankının (ED) İdarə Heyəti üzvü Liza Kuku (Lisa Cook) “ipoteka kreditləri müqavilələrinə dair yanlış bəyanatlar verməsi” səbəbi ilə vəzifəsindən azad etdiyini açıqlayıb.
Marja xəbər verir ki, Tramp sosial media hesabında FED qanunlarının ona verdiyi səlahiyyətlərə istinad edib və bildirib: “Liza Kukun FED-in İdarə Heyəti üzvü vəzifəsi dərhal dayandırılmışdır.”
Prezident Tramp qərarına bağlı olaraq, qanunun ona idarə heyəti üzvünün vəzifədən azad edilməsinə imkan verdiyini qeyd edərək, Kukuu vəzifəsindən azad etmək üçün kifayət qədər səbəb olduğunu vurğulayıb. Tramp, Kukuun bir və ya daha çox ipoteka müqaviləsində yanlış açıqlamalar vermiş ola biləcəyini və iki həftə ara ilə imzaladığı sənədlərin yanlış məlumatlar ehtiva etdiyini qeyd edib.
Tramp həmçinin bildirib ki, FED-in faiz dərəcələrini müəyyən etmək, rezerv və üzv bankları tənzimləmək sahəsində böyük məsuliyyəti var və amerikalıların Fed üzvlərinin dürüstlüyünə tam güvənməsi vacibdir. O, Kukuun maliyyə sahəsindəki davranışlarının aldatıcı və potensial olaraq qanunsuz olduğunu vurğulayaraq, bu səbəbdən onun vəzifədən dərhal azad edilməsinin zəruri olduğunu bildirib.
Qeyd edək ki, Tramp əvvəlki həftə Kuku un dərhal istefa verməsi üçün çağırış etmiş və Federal Mənzil Maliyyələşdirmə Agentliyi (FHFA) Direktoru Bill Pulte-in Kuku ilə bağlı ABŞ Ədliyyə Nazirliyinə müraciət etdiyi xəbərlərini paylaşmışdı. Kuku isə sosial mediada bildirmişdi ki, sözügedən məsələ onun FED-ə qoşulmasından 4 il əvvəlki ipoteka müraciəti ilə bağlıdır və istefa vermək niyyətində deyil.
ABŞ prezidenti Donald Trampın FED-in rəhbərlərindən biri olan Liza Kuku vəzifədən azad etmə qərarından sonra dollar ucuzlaşıb.
FED-in müstəqilliyi ilə bağlı narahatlıqlar investorları təhlükəsiz "sığınacaqlara" yönəlməsinə səbəb olub, qısa müddət ərzində 0,6% dəyər qazanan qızıl, hazırda 0,3% bahalaşma ilə ticarət olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 d. əvvəl
Regionun ən iri Batareya Saxlanc Sistemlərinin gətirilərək qurulmasına başlanıldı
-
21 d. əvvəl
Qızılda 2026 ssenariləri: İri banklar ən azı 7 faiz artım gözləyir
-
-
28 d. əvvəl
Qazaxıstan BTC üzrə neft tədarükünü 2,2 milyon tona çatdırmağı planlaşdırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 4 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qızılda 2026 ssenariləri: İri banklar ən azı 7 faiz artım gözləyir
Rəsmi məzənnələr açıqlandı
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Ən çox oxunanlar
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc





















.jpg)


.jpg)
