BOKT "Effektinvest"in kredit portfeli 1,8 dəfə, faiz gəlirləri 2,3 dəfə artıb
Bank Olmayan Kredit Təşkilatı "Effektinvest" MMC 2025-ci ilin 1-ci yarısını (yanvar-iyun) 3 min manat xalis mənfəət ilə başa vururb. Şirkət 2024-cü ilin 1-ci yarısını 92 min manat xalis mənfəət ilə bağlamışdı. BOKT-ın xalis mənfəətinin azalması kreditlər üzrə ehtiyat xərclərilə əlaqədardır.
Marja.az xəbər verir ki, BOKT "Effektinvest"ın faiz gəlirləri 2024-cü ilin ilk 6 ayında 156 min manat ikən, 2025-ci ilin ilk 6 ayında 363 min manat təşkil edib (2,3 dəfə artıb). Haqq və komissiya gəlirləri isə 53 min manatdan 211 min manata yüksəlib (4 dəfə artıb).
Gəlirlərin artması ilə bərabər, BOKT "Effektinvest" cari ilin 1-ci yarısında 368 min manat kreditlər üzrə ehtiyat xərcləri çəkib. Bu xərc gəlirin böyük hissəsini silib və nəticədə mənfəət azalıb.
Son 12 hesabat ayında BOKT "Effektinvest"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1 milyon 294 min manat və ya 78,8% artaraq 30 iyun 2025-ci il tarixində 2 milyon 936 min manata çatıb. BOKT 30 iyun 2024-cü il tarixində 1 milyon 642 min manat cəmi kredit portfelinə malik idi.
30 iyun 2025-ci il tarixində BOKT "Effektinvest" 3 milyon 372 min manat cəmi aktivlərə malik olub (30 iyun 2024-cü il tarixində 2 milyon 490 min manat).
2025-ci ilin 2-ci rübündə BOKT-ın işçilərinin sayı 3 nəfər artaraq 18 nəfərə çatıb.
Min manatla
1 milyon 20 min manat nizamnamə kapitalına malik oln Bank Olmayan Kredit Təşkilatı "Effektinvest" MMC-nin payçıları Fərid Köçərli (51,96%) və Şirin Cavadov (46,57%) və digər 1 fiziki şəxsdir (1,47%).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
16 d. əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
-
- 24 d. əvvəl
-
34 d. əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 saat əvvəl
-
2 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Ən çox oxunanlar
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti















.jpg)










.jpg)




