Azərbaycan şirkəti Özbəkistan və Qırğızıstana balıq yemi məhsulu ixrac edir
Hazırda İraqa və Qazaxıstana balıq yemi məhsulunun ixracı istiqamətində də danışıqlar aparılır.İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsinin rezidenti “KƏHF” MMC tərəfindən 2022-ci ildən 2025-ci ilin I yarısı daxil olmaqla Özbəkistana və Qırğız Respublikasına 1200 tondan çox balıq yemi məhsulu ixrac edilib.
Marja xəbər verir ki, bu, həm də Azərbaycanın Özbəkistana və Qırğız Respublikasına balıq yem istehsalı sahəsində ilk məhsul ixracıdır. Həmçinin, şirkət tərəfindən hazırda İraqa və Qazaxıstana balıq yemi məhsulunun ixracı istiqamətində də danışıqlar aparılır.
İnvestisiya həcmi 12 milyon manatdan çox olan müəssisə Azərbaycanda balıq yemi istehsalı üzrə ixtisaslaşmış ilk zavoddur. Avstriya və Türkiyənin qabaqcıl texnologiyaları ilə təchiz edilmiş müəssisənin illik gücü 35 min ton balıq yemi, 10 min ton isə heyvan yemi istehsalı təşkil edir. Zavodda 20 nəfərdən çox daimi iş yeri yaradılıb.
Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən müəssisəyə 5,9 milyon manatlıq güzəştli kredit ayrılıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 19 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 22 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır



















