ABŞ və Çinin gömrük vergilərini artırmaq planlarına fasilə vermələri ilə neft bahalaşıb
ABŞ və Çinin tarifləri (gömrük rüsumlarını və ya vergilərini) artırmaq planlarını təxirə salmaları ilə əlaqədar olaraq neft bahalaşıb.
Marja xəbər verir ki, bu qərarlar, iki ölkə arasında ticarət müharibəsinin artacağı, onların iqtisadiyyatlarına mənfi təsir göstərəcəyi və dünyanın iki ən böyük neft istehlakçısında yanacağa tələbatın azalacağı ilə bağlı narahatlıqları azaldıb.
Brent markalı neftin fyuçersləri 0,39 faiz bahalaşaraq barreli 66,89 dollara, ABŞ xam nefti (WTI) isə 0,34 faiz bahalaşaraq 64,18 dollara çatıb.
Ağ Ev rəsmisi bazar ertəsi bildirib ki, ABŞ prezidenti Donald Tramp Çinə tətbiq edilən yüksək tariflər üzrə "atəşkəs" müddətini daha 90 gün uzadıb. ABŞ pərakəndə satış şirkətləri ilsonu tətil mövsümünə hazırlaşarkən, bu addım ABŞ-a idxal olunan Çin mallarına üçrəqəmli vergilərin tətbiq edilməsinin qarşısını alır.
Bu xəbər, dünyanın iki ən böyük iqtisadiyyatı arasında razılaşma əldə olunacağına və potensial ticarət embarqosunun qarşısının alınacağına dair ümidləri artırıb. Yüksək tariflər iqtisadi artımı yavaşlada, yanacağa tələbi zəiflədə və nəticədə neftin qiymətini aşağı sala bilər.
Həmçinin investorlar Tramp və Rusiya prezidenti Vladimir Putin arasında avqustun 15-də Alyaskada Ukraynada müharibəyə son qoyulmasını müzakirə etmək üçün gözlənilən görüşə diqqət yetirirlər.
Görüş ABŞ-ın Rusiyaya artan təzyiqləri fonunda keçirilir və sülh razılaşması əldə olunmazsa, Çin və Hindistan kimi Rusiya neftinin alıcılarına qarşı daha sərt sanksiyaların tətbiq oluna biləcəyi ilə bağlı xəbərdarlıq edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
14 d. əvvəl
Qızılda 2026 ssenariləri: İri banklar ən azı 7 faiz artım gözləyir
-
21 d. əvvəl
Qazaxıstan BTC üzrə neft tədarükünü 2,2 milyon tona çatdırmağı planlaşdırır
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 4 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qızılda 2026 ssenariləri: İri banklar ən azı 7 faiz artım gözləyir
Qızılın bahalaşması yenidən sürətlənib
50 hərrac, 127,1 milyon manatlıq ödəniş
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir













.jpg)






.jpg)





